Category Archives: Kino klik

Snatch

2000, ABŞ, Cinayət, Gərgin, Komediya, Guy Ritchie-nin rejisorluğu ilə, IMDB xalı: 8.2/10 Mükəmməl aktyor heyəti və mükəmməl rejissor işi. Əla idi, qısa bir klip kimi əyləncəli oldu. Darıxmağa imkan vermədi. Bu kino bəzi oxşarlıqlarına görə mənim üçün Fight Club 2 oldu, amma bu iki filmi müqayisə etmək fikrim də yoxdu. Gözəl montaj edilmiş səhnələri, stop

Continue Reading →

That’s The Way It Is

Olduğu Kimi, ABŞ, 1970, Avtobioqrafiya, Musiqili. Rejissor – Denis Sanders. Elvisi hamı sevirdi çünki o dövrünü qabaqlamış Rock’n Roll Kralı və ya sadəcə Kral idi. Bu gün onun haqqında 1970-ci ildə çəkilmiş sənədli filmə baxdım. Kino Elvisin MGM səsyazma studiyasında keçən 3 günündən və məşhur Los Angles konsertlər silsiləsindən bəhs edir. Bir yandan heyfslənirəm ki,

Continue Reading →

Black Swan

Qara Qu Quşu, 2010–2011, Dram, Gərgin, Sirrli, Psixoloji, Darren Aronofsky-nin rejissorluğu ilə, IMDB xalı: 8.9/10 Çoxdan gözlədiyim Darren Aranofsky-nin Black Swan filmini axır ki, izlədim. Requiem for a dream-dən sonra maraqlı görüntü və əsəs effektlərini, həmçinin dinamik ssenarini bu filmdən də gözləyirdim, həm də gözlədiyim müddət ərzində filmi beynimdə bir az da mükəmməlləşdirmişdim. Filmə baxmazdan

Continue Reading →

Zodiac

2007, Dram, Cinayət, Gərgin, Rejissor: David Fincher, David Fincher mənə görə rəssamdır və kinolarına baxanda monitor onun tablosuna çevrilir. İndiyə qədər bir çox kinosuna baxmışam – Shutter Island, Fight Club, The Social Network, Seven və s. Deyə bilərəm ki, hamısında rejissorun təkrarolunmaz tərzi özünü göstərir. Tünd-çirkli rənglər, qaranlıq işıq-kölgələr, yağış – hamısı kinonu daha canlı

Continue Reading →

Green Mile

1999, ABŞ, Dram, Fantastik, İMDB xalı- 8.4, Rejissor- Frank Darabont Stephen King-in eyniadlı romanı əsasında Tom Hanks, Michael Clarke Duncan “Paul Edgecomb möcüzələrə inanmırdı. Amma onunla qarşılaşdıqdan sonra hər şey dəyişdi.” Əminəm ki, çoxunuzun sevimli filmləriniz sırasında ön yerlərdən birini bu film tutub. Layiq görüldüyü mükafatları saymaqla bitməz. Tom Hanks-in ustalığını xüsusi qeyd eləmək lazımdı.  Heyf,

Continue Reading →

Shutter Island

2010, Dram, Sirrli, Triller, Rejissor: Martin Scorsese, Baş rollarda: Leanardo DiCaprio, Mark Ruffalo, Elə indicə baxıb qurtardım, balansı qorumaq üçün davamlı olaraq eyni janra baxmıram, axırıncı  komediyadan sonra bu həm maraqlı gəldi, həm də ağır. Ssenarisi elədir ki, şərh edə bilməyəcəyini fikirləşirsən, ona görə yazmaq istəmirdim. Amma bu da insanı təsir altına salan bir kinodu,

Continue Reading →

127 Hours

2010-2011 ABŞ, İngiltərə Bioqrafiya, dram, macəra Rejissor- Denny Boyle 5 Oskar Mükafatına namizəd İndiyə qədər heç bir film haqda bu qədər danışmaq istəməmişdim. Beş dəqiqə olar filmə baxmışam və şiddətli yazma ehtiyacı yaranıb məndə. Deyim ki, çoxunuza cansıxıcı, monoton təsir bağışlaya bilər. Bir ara məndə də elə təsir oyatmışdı. Amma sonluğa doğru fikrim tamam dəyişdi.

Continue Reading →

Get Him to the Greek

2010, ABŞ, Komediya, Nicolas Stoller-in rejissorluğu ilə, Çoxdandır ki ABŞ komediya janrında belə gülməli film çəkmirdi. Mənə görə 2010-un ən gülməli filmi Get Him to the Greek filmidir. Filmin mövzusu – bir musiqi şirkətinin dünyada qalan son rock ulduzlarından biri olan Aldous Snow-un 1999-cu ildə verdiyi böyük konsertin 10 illik yubileyini keçirmək istəməsidir. Ancaq bu

Continue Reading →

Christmas in Wonderland

2007, Amerika istehsalı, Komediya, Ailə, Filmin rejissoru- James Orr, Biz böyüdükcə zövqlərimiz, istəklərimiz hətta inanclarımız da dəyişir. Uşaqlıqda bizə əyləncəli gələn hər şey indi maraqsızdır. Məsələn Santa Klaus kimi… Amma elə bir məfhum var ki, yaşından, cinsindən asılı olmayaraq hamı ona sahib olmaq istəyir. Əlbəttə ki, Pul!.. Bəs əgər siz Santanın varlığına inansaydınız ondan 1

Continue Reading →

A Christmas Carol

2009, ABŞ, Animasiya, dram, Çarlz Dikensin povesti əsasında, Walt Disney Pictures, İMDB xalı- 7.2/10, “Bu il Yeni İl əhval-ruhiyyəsində deyiləm” deyənlər, məncə, təcili olaraq bu filmi izləməlisiz :) Əgər bir film səni real həyatdan ayırıb başqa aləmə apara bilirsə, deməli, yaxşıdır. Filmdə qəddar, xəsis, həyatda təkcə pula dəyər verən, yeni il bayramlarını yalnız səs-küy, baş

Continue Reading →