2010,
Rejissor: Martin Scorsese,
Baş rollarda: Leanardo DiCaprio, Mark Ruffalo,
Elə indicə baxıb qurtardım, balansı qorumaq üçün davamlı olaraq eyni janra baxmıram, axırıncı komediyadan sonra bu həm maraqlı gəldi, həm də ağır. Ssenarisi elədir ki, şərh edə bilməyəcəyini fikirləşirsən, ona görə yazmaq istəmirdim. Amma bu da insanı təsir altına salan bir kinodu, ümumiyyətlə sənə təsir edirsə yazmağa dəyər, baxmağa da dəyər. Psixiatrik klinikadan bəhs edən ikinci filmdir ki, xoşuma gəldi. Birinci isə “one flew over the cuckoos nest” filmi idi. Əvvəlcə elə bilirsən detektiv janrındadı, amma yox, nəticə tamam fərqli olur. Elə bir kinodur ki, tam başa düşdüyünüz və hiss etdiyiniz dildə baxmalısınız, gözünüz subtitrlarda qalmamalıdı.
Həm də sirrlidi, ağlayacağınızı, sevinəcəyinizi, güləcəyinizi fikirləşməyin, bütün düyünləri finala saxlamayıblar, yəni başdan axıra kimi tamaşaçı indi nə olacaq deyə maraq içində izləyir. Yorğun və dilxor vaxtınızda baxmayın məncə, filmi izləmək üçün kifayət qədər enerji lazımdı onsuz da. Ən azından baxandan sonra yüngülləşməyəcəksiniz, hələ bəlkə də bir az yükünüz artdı. Amma izləməsəniz nə vaxtsa oxşar mövzularda şərh demək şansından məhrum olacaqsınız..
Yağışlı görüntülər David Fincherin üslubunu xatırlatsa da burdakı görüntülər daha soyuq idi. Bu, əvvəl üç filmdə birgə işləyən Martin Scorsese və Leanardo Di Caprio cütlüyünün növbəti müştərək filmi oldu.
Qeyd: Trailerə aldanmayın, qorxu filmi deyil. Bir də Leanardo varsa onsuz da yaxşı kinodu.
“Elə bir kinodur ki, tam başa düşdüyünüz və hiss etdiyiniz dildə baxmalısınız, gözünüz subtitrlarda qalmamalıdi”lezzet eledi bu cumle trailer de maraqli geldi mutleq baxacam :)
Təşəkkürlər, bax sonra müzakirə edərik =)
Həyatımda gördüyüm ən gözəl filmlərdəm biridir. Həm soundtrackləri həm də kinonun özü çox gözəl yazılıb. Sonluqda nəticəni özün seçməli olursan.
“live as a monster, or die as a good man” filmdən ən yaxşı sitatlardandı fikrimcə. Bunu da ən sonda Endriu deyir.
Gərgin film idi, soundtracki tamaşaçını filmin ab-havasına salır.. Amma məncə orda Endriunun seçim etmək şansı olmadı, dövr edən müalicənin növbəti seansı başladı..
Filmin finali heqiqeten de tamawacini teeccublendirir. dogru qeyd etmisen, film adamin enerjisini alir… o gun bu filme baxandan sonra ele bil menfi enerji ile yuklenmiwdim :)
Düzdü, gərək hansı əhval-ruhiyyədə olduğunu nəzərə alıb baxasan kinoya.. Əslində son finalı yox, axır yarım saatda olanlar daha çox təəccübləndirdi məni
Bu filmin sonuna çatanda çox pis olmuşdum, çünki insanın ağlını itirməsindən daha pis heç nə ola bilməz məncə..Amma məncə sonda adadan qaçıb getsəydilər bu macəra filmi olardı və maraqsız olardı. Leonardonun uğur qazanmasına səbəb mənə elə gəlirki, onun belə rollarıdır, aqressiv, psixoloji rolları çox əla oynayır, gələcəyin dahi aktyorlarındadır.
Son cümlənə qoşuluram :)
Axırda mayakı göstərəndə öz-özümə dedim ki, kino indi qurtarmasın, kino indi qurtarmasın, elə onda ekran qaraldı =) Fight club-dakı kimi bir də kinonu təzdən fikirləşməyə başlayırsan.. düzdü, əgər qaçsaydı itlərlə çəkilən uşaq macəra kinosundan fərqi qalmazdı =) Amma Leonun gələcəkdə çox da uğurlu filmləri olacağına inanmıram, çünki ən mükəmməl aktyorlar öz ifaları ilə elə gözəl yadda qalır ki, yaşlı vaxtlarındakı filmlər həmin ifaların kölgəsində qalır. Robert De Niro kimi, Morgan Freeman kimi, Jack Nicholson kimi, hətta Stallone kimi =)
Orxan, bir tərəfdən düz deyirsən, amma çox vaxt yaşlandıqcadaha güclü olur aktyorlar və daha samballı filmlərdə rol alırlar, sən dediyin variant onlar lap qocalan vaxta aiddir :) Leo hələ cavandır məncə ))
Növbəti proyektin nə haqda olacağı maraqlıdır mənə.. Görəsən Inceptiondan sonra uzun müddətli fasilə yaranmaz?
Əminəm ki bu kinonun mövzusunu kitab formasında oxusaydıq məkanları, personajları olduğu kimi təsvir edərdik özlüyümüzdə. Güclü rəssam işi hiss olunur. Soundtrack-i də Leon-dakı kimi adamı obraza salır..
QEYD: Leonun soundtrack-inə qulaqasanda adam öldürmək istiyirəm =))
Öldürmək yox, amma Leon-un Matildanı öyrətdiyi “paintball sniper” maraqlı olardı =)
Pingback: Zodiac : Kinoklik
Baxdım axır ki =) əla kinodur)
Mən amma özümü inandırmışdım ki, Leo doğrudan da polisdi və çox maraqlı, sirli hadisələr gözləyirdim filmdən. Məsələn, Leo gedib o qalada insanlar üzərində necə sınaq apardıqlarını görəcək filan.
Leo adi bir dəli imiş sən demə :|
Film məni təəccübləndirə bildi. Bir də, A Beautiful Mind-la çox bənzərlikləri var.
və bir insan üçün dəli olmaqdan daha pis nə ola bilər? Dəli olmadığı halda hamının onu dəli sanması
hərə bir söz deyir, senari beynimdə daha da qarışır :D
Pingback: The Kids are all Right : Kinoklik
Pingback: Inception – “Başlanğıc” : Kinoklik
Pingback: Ən yaxşı sonluğa sahib 21 film : Kinoklik