Qara Qu Quşu,
Dram, Gərgin, Sirrli, Psixoloji,
Darren Aronofsky-nin rejissorluğu ilə,
IMDB xalı: 8.9/10
Çoxdan gözlədiyim Darren Aranofsky-nin Black Swan filmini axır ki, izlədim. Requiem for a dream-dən sonra maraqlı görüntü və əsəs effektlərini, həmçinin dinamik ssenarini bu filmdən də gözləyirdim, həm də gözlədiyim müddət ərzində filmi beynimdə bir az da mükəmməlləşdirmişdim.
Filmə baxmazdan əvvəl mövzusu mənə qaranlıq qalsa da, bu filmi elə başlanğıcından maraqla izləyəcəyimi düşünürdüm, amma heç də fikirləşdiyim kimi olmadı, filmin ilk bir saatının hətta dram həvəskarlarına belə maraqsız gələcəyini fikirləşirəm.
Natalie Portman-ın ifası və simasındakı Matilda mimikası hələ də öz xüsusiyyətini itirməyib, amma səhnə yükünün böyük bir hissəsinin onun üzərinə düşməsi filmi bir qədər maraqsız edir.
Süjetin razvyazkasındakı bədii intim səhnəsində özünü göstərən lezbiyan sevişmə səhnəsi filmə xüsusi rəng qatsa da, qorxu səhnələri öz növbəsində həmin ehtirası kölgədə saxladı.
Böyük bir mesajının olmadığını fikirləşdiyim bu film klassik musiqi nümunəsi kimi elit sinfə mənsub tamaşaçıların zövqünü oxşaya biləcək üslubdadır. Yəqin mövzunun balet olmağındandır ki, film Amerika istehsalı olsa da, mənə fransız kinosu təəssüratı bağışladı.
Bu kinoya nə vaxtdı baxmaq istəyirdim. Təmmiz həvəsdən düşdüm ha :D
Bəlkə kiminsə xoşuna gəldi, amma Requiemlə müqayisədə bu dəfə darıxdım =))
Fransız kinolarını elə də sevmirəm darıxıram baxanda. Traileri görüb lap birinci həvəslənmişdim amma elə darıxdırıcıdırsa..bilmirəm yəqin yenə dəbaxıb özüm qərar verərəm :D
Kinoya qarşı bir qızın fikri bəlkə də fərqli olar.. Yenə də seçim sənindi =)
Yəni Fransız filmlərinə bənzətdin deyə elə yazdım :)
Düzdü Amerika ilə müqayisə oluna bilməz, amma ikinci sırada gələ bilər. Bəs Amelie necə? O da maraqsız idi? =)
Çox xoşuma gəldi, həmçinin kinonun adı adi deyil. Xüsusi incəliklər, maraqlı fikirlər işlənilib. Ümumilikdə isə, kinonun özü kimi başa gəlməsi də maraqlı olub. Lily(kinoda Ninanın rəqibi) rolunun ifaçısı bu rol üçün 9 kg arıqlayıb, başqa bir aktyor bu kinoya görə, digər çəkilməyə razılıq verdiyi kinodan imtina edib, maliyyə problemləri və s…
Amma həm Aranofsky-dən, həm hə trailerini izləyəndən sonra filmdən çox şey gözləyirdim, bəlkə də filmin mövzusunun dar çərçivədə olması Darren-ə qol qanad açmağa imkan vermədi, amma finalda Ninanın qanad açması və qara qu quşu kölgəsinin səhnəyə düşməsi maraqlı görüntü idi..
Düzdü, kinonun həyəcanı hələ trailerdən başlamışdı…
Evdəki şəkilə birinci dəfə baxanda şəkildəki şəxsin gözü hərəkət etməsi və ağır məşqlərdən sonra bütün şəkillərin canlanması, kürəyi, barmaqlarının birləşməsi insan psixologiyasını təsvir etmək üçün ideal fırça idi. Amma həyəcanın monotonik artarkən birdən enişindən sonra izləyici “daha çox gözləyirdim” deyir…
Düzdü, gözəl şərh etdiniz)
Belə kinonu belə yorumlamaq olar?
Doğrusu bu qədər də pis yorum gözləmirdim.
Lezbiyanlar olmasaydı onda sənin üçün kino maraqsız olardı yəqin.
Ondansa get pornoya bax.
Burda mənim məqsədim hər hansı bir təriflənmiş kinoya əlavə təriflər yağdırmaq deyil, bu həmin kinoya mənim şəxsi münasibətimdi, və izləyənlər fikrimlərimlə razılaşmırlarsa kino haqda nəsə yazıb indiki oxucunu və gələcək tamaşaçını həvəsləndirə bilərlər, yoxsa mənim porno izləyib izləməyəcəyimə qarışmaq ixtiyarları yoxdu!
Kim nəyə baxmaq istəyirsə baxsın. Belə kinodan o səhnəni seçib və səhnəni səhv yorumlamaq lazım deyildi. Kinoya baxandan sonra gərək fikirlərini başqalarınla paylaşasan. Bəzən kinodan fərqli şey başa düsdüğündə və belə yazılar yazanda insanları yanlış yönləndirə bilərsən.
Mən də fikrimi paylaşmışam, mənim fikrim budur, intim sərt sözlər isə həmişə yazını kölgədə qoyur, və hər kəs onu tənqid edir.. Halbuki mənə niyə maraqsız gəldiyini ətraflı yazmışam.. Və kinoya pis deməmişəm. Siz də filmi bəyənən biri kimi öz şərhinizlə oxucunu əks tərəfə yönləndirə bilərsiniz.
düz deyirsiniz lezbiyan sözü sizin bütün yazını kölgədə qoyub. İntim sözlər işlədə bilərsiniz amma onun üstündə durmaq məncə düz deyil.
indi baxacam bu filme. Bayaq TVde dediler MDBde ilk oskara namized. basha dushmedim o vaxt Rustem Ibahimbeyov qalib gelmishdi bu nece olur?bilen var? :)
hem bu filmin MDBye ne dexli?
MDB-də deyə bilmərəm, amma IMDB-də reputasiyası yaxşıdı :)
Orxan, ne bazar acmisan burda?
Sən de görüm Jim Carrey-ə baxdın? =))
men MDBnin ilk oscara namizedi eshitdim :)
söz tapmıram :D
Pingback: 2011 Oskar Mükafatına Namizədlərin siyahısı : Kinoklik
Pingback: Oskar Mükafatının Qalibləri Müəyyən Oldu : Kinoklik
Bəyənənlər inciməsin, ancaq çox mənasız gəldi mənə filmə baxanda. Darıxdığımdan irəli çevirmişdim bəzi yerlərini. “Requiem for a Dream”-lə müqayisə oluna bilməz.
Pingback: Black Swan (Qara Qu Quşu) : Kinoklik
bu film superdi filmde fikir veren olubsa butun sehnelerde Natali(nina) var super dehset filmdi.. Natali Portmanin oyunculugu superdi mencemence yox superdii
beyenmeme duzgun olmazdi oscar almis filmdi hem superdi