The Kids are all Right

Uşaqlar qaydasındadır,

2010,
Komediya, Dram,
Rejissoru: Lisa Cholodenko,
Ən yaxşı komediya filmi olaraq bu ilki Qızıl Qlobus mükafatının sahibi.
4 Oskar Mükafatına namizəd,

Mövzusu iki lezbiyan qadın, Nic və Julesin uzunmüddətli ailə həyatının qısa bir epizodundan bəhs edir. Nikin qızı Joni 18 yaşında, Julesin oğlu Laser isə 15 yaşındadır. Joni ilə Laser yarı bacı-qardaş sayılırlar, çünki ikisinin də bioloji atası naməlum sperma donorudur.

Hadisələrin hərəkətlənməsi elə filmin əvvəlindən Joninin evdəki doğum sənədlərini tapması və klinikaya zəng vurub bioloji atası ilə əlaqə saxlamaq istəyindən sonra başlayır. Naməlum donorun adı hipi tərzində olan Pauldur. Bağında təbii bitkilər yetişdirir, və bununla əlaqədar kiçik bir orqanik restoran işlədir. Davamlı olaraq danışığında “Əlbəttə. Yəni…əlbəttə… şebhəsiz… Yəni.. niyə də yox?..” kimi ifadələr işlədir, pozitiv “cool” obrazı var, uşaqlara məlum olandan sonra onlar tərəfindən sevilməyə başlayır. Yəni.. niyə də yox? Əlbəttə.

Bu film sizi gülməkdən öldürəcək komediya filmi deyil, məsləhət görərdim ki, filmdən sizi doyunca güldürməyi ummayın, sadəcə izləyin. Əsasən yüngül zarafat və situativ yumorlardan ibarətdir. Məncə filmin müasir dövrdə lentə alınması və bizim mədəniyyətə yad xüsusiyyətlərin olması bizim tamaşaçıya filmi mühakimə etmək hüququ vermir, çünki bu filmə sadəcə müəyyən görüntülərə görə lezbiyan və gey kinosu demək düzgün olmaz. Hər halda film Azərbaycan kinosu yox Amerika kinosudur, kino isə mədəniyyətin inikasıdır. Səs, görüntü, ifaçılıq, ssenari baxımından orijinal bir filmdir. Əlbəttə..yəni, niyə də yox?

Bizim oxucuların artıq “Shutter Island” filmindən yaxşı tanıdığı Mark Ruffalo bu filmdəki Paul rolu ilə ilin ən yaxşı ikinci plan kişi roluna görə oskar mükafatına namizəddir.

Bir də artıq baxdığım üçüncü filmdir ki bu suala rast gəlirəm: “Öləndə basdırılmaq istəyərsən, yoxsa yandırılmaq?” Daha əvvəl bu müzakirə “Avida” və “Bucket List” filmlərində görmüşdüm, məncə bu sualı ortaya atmaqda ictimai rəyi öyrənmək məqsədi güdürlər.

Bir də King’s Speech və bu filmdə siqaret çəkməyin birbaşa, ənənəvi və qabarıq şəkildə yox düşünülmüş və məntiqlə qurulmuş antireklamını gördüm.

Qeyd:  King’s Speech-dəki Britaniya ləhcəsindən sonra bu kino daha anlaşıqlı gəldi, orijinal dildə altyazı ilə baxmağınızı məsləhət görərdim. Əlbəttə.. yəni, niyə də yox?

Filmin bu ilki oskar mükafatına iddialı 4 nominasiyası

Ən yaxşı ikinci plan kişi roluna görə

Mark Ruffalo “The Kids Are All Right”

Ən yaxşı qadın roluna görə

Annette Bening “The Kids Are All Right”

Ən yaxşı bədii filmə görə

“The Kids Are All Right” Gary Gilbert, Jeffrey Levy-Hinte and Celine Rattray, Producers

Ən yaxşı orijinal ssenariyə görə

“The Kids Are All Right” Written by Lisa Cholodenko & Stuart Blumberg