The Bucket List

2007,

Amerika istehsalı,

Macəra, Dram, Komediya,

Rob Reinerin rejissorluğu ilə,

Rollarda Morgan Freeman və Jack Nicholson,

Ən çox xoşuma gələn kinolardan biri, bizim efirdə bu kinonun adı başqa cür getmişdi, türklərdə İndi ya da Heç Vaxt-dı. “Kick the Bucket” ingilis dilində ölmək deməkdi, “Bucket List”i də filmə baxandan sonra ancaq “Son Arzular” kimi tərcümə etmək olar.

Çoxları Morgan Freeman-ı “Shawshank Redemption”-dan, Jack Nicholsonu “One flew over the Cuckoo’s Nest” kinosundan sonra daha da çox sevib. Bu filmdə hər ikisi oynayır.

Qısa məzmunu belədir ki, ikisində də çox ağır beyin xərçəngi xəstəliyi olur, Edvard çox varlı Carter isə orta təbəqədəndi, təsadüfən xəstəxanada bir palataya düşürlər. Carter bir vərəqə ölməmişdən qabaq etmək istədiyi son arzuları yazır, biləndə ki, ömrünə az qalıb kağızı əzib tullayır. Edvar onu tapır və oxuyur. Sonra da dünya turuna çıxaraq birlikdə o arzuları həyata keçirirlər.. Arzuların hamısı çox maraqlıdı.. Hamısı =) Hələ dünyanın ən gözəl qızını öpmək, o arzunu filmin sonunda çox gözəl bağlayıblar. Bir də bu aşağıdakı səhnədə dinlə bağlı maraqlı söhbətləri olur. Biri dindardı, biri ateist..

Adətən kinonun səhnələri haqda ətraflı yazıb gələcək tamaşaçını filmdən soyutmaq istəmirəm, amma bu kino haqda danışdıqca adam filmə daha çox baxmaq istəyir. Bu aşağıdakı səhnədə qız Everesti çox gözəl təsvir edir. “Gecə zirvəyə çıxanda hava çox aydın idi, göydəki ulduzlar elə parıldayırdı ki, elə bil cənnətin döşəməsində dəliklərdən işıq gəlirdi”

Türk saytlarından birində xoşuma gələn bir şərh gördüm “Güzel başlayıp, eğlenceli devam eden, ağlatarak final yapan film. Asla bir klasik olamayacak ama her izlendiğinde damakta hoş bir tad bırakacaktır.”

P.S Artıq türkiyədə Kopi Luwak kofesi satırlar, fincanı 70 dollara.. Dadına baxan olsa mənə də deyər =)

P.S.S Find a joy in your life ;)

Trailer