1975,
Amerika istehsalı,
Dram,
Milos Formanın rejissorluğu ilə,
Ən yaxşı filmlər sırasında 9-cu sırada, IMDB xalı 8.9/10,
Əvvəlcə blogda istəyirdim ancaq yeni çıxan filmlərdən yazım, bu film həmin fikrlərimi alt-üst etdi. Ən yaxşı kinolar haqda danışanda bunun adın çəkməmək haqsızlıq olar. Baxandan sonra evdəkilərə, dostlarıma hamıya çox məsləhət gördüyüm təsirli, keyfiyyətli, mənalı bir kino. Yaxşı ki, çoxları izləyib, əgər sən hələ də baxmamısansa bu gün ya da sabah mütləq bax. Hər səhnəsi haqda yazmaq istədiyim bir kino…
Filmdə baş rolu ən sevimli aktyorlarımdan biri olan Jack Nicholson oynayır. Filmdə McMurphy.. həyat dolu, poztiv, ağıllı və çox maraqlı bir adam.. Dəlilik edir və dəlixanaya düşmək üçün yalandan rola girib özünü dəli kimi aparır. Burdakı dəliləri bir növ sağaltmağa çalışır. Keçən gün Wringley’s Doublemint aldım, çiyələkli deyildi amma eybi yox. Tək olanda birin götürüb filmdəki kimi marçıldada-marçıldada çeynədim =) Dostum var, Sadiq, onun ən nifrət etdiyi şeydi =)
Bütün səhnələr.. televizorda beyzbol oyununa baxmaqları, gəmi səyahəti, basketbol oyunu.. hamısını danışıb sizi filmdən soyutmaq istəmirəm.. bütün səhnələr xüsusilə də final çox təsirli və maraqlıdı, elə maraqlıdır ki, adam kinonun içinə girmək istəyir.
Bir də tibb bacısı Ratched, rolunu elə gözəl oynadı ki, onu boğmaq istədim:)
Trailer
tesirli filmdir.
evvel menasini tam anlamasam da.. :P
en cox da aktyorlarin oyununu beyendim.
inandim.
Axırı da təsirli idi.. Jack rolunu əla oynayır
Bu filmə dəfələrlə, günlərlə, sonsuz sayda baxa bilərəm, heç, amma heç bezmərəm, çünki şedevrdir!
Keçmiş kinolardan Il buono, il brutto, il cattivo da qəşəng kinodu. bir də ki Star vars və təbii ki ruslardan oğurladığı demiyim də götürdüyü 12 angry men onlardan yazsaz super olar. Star vars sözdə dördüncüsü tarixdə birincisini bizimkilər indi də çəkə bilməz deyə mərc eliyə bilərəm ))
Razıyam, hamısı gözəl kinolardı.. Amma mən bizim rejissorları da qınamıram, maddi və texniki dəstəkləri yoxdu.. Həm də Amerika kinosu mənim üçün həmişə birinci olaraq qalacaq, başqa heç bir ölkənin filmi Amerika istehsalı qədər zövq vermir.
Elə avropa və asiya kinoları var ki onlar amerikada çəkilmədiyi üçün tutdurmayıb. Avropa ve Asiya kinoları tamam başqa olur. Birinci oturub baxdığım Le scaphandre et le papillon kinosu mənə çox təsir eləmişdi. fransızlar , ispanlar olsun koreyalıların da qəşəng kinoları var. Bu kinoların əsas senariləri yaxşı olur.
Düzdü ssenari yaxşı olur, amma o Amerikan coşğusu ki var, o olmur :)
Pingback: Shutter Island : Kinoklik
Pingback: Green Mile : Kinoklik