Kick-Ass

2010,

Amerika və İngiltərə birgə istehsalı,

Matthew Vaughn-un rejissorluğu ilə,

Döyüş, Dram, Komediya,

IMDB xalı 8.4/10,

Mark Millerin komiksləri əsasında,

Bu nə Bat Man-di, nə Superman, nə Spiderman, nə də Machete, bu Kick-Ass-di =) Filmin qəhrəmanı Dave həmişə super qəhrəman olmağı arzulayıb, internetdən dalğıc formasına oxşayan bir kostyum şifariş edir və fəaliyyətə başlayır =) Filmin şüarı da maraqlıdı: “Mən uça bilmirəm, amma sənin yanına təpik vura bilərəm” =)

Özünün də dediyi kimi adi bir oğlandı, MySpace-də cəmi 37 dənə dostu var, sevgilisi də yoxdu və s. Amma küçədə birini xilas edəndə bunu telefonla çəkib Youtube-da paylaşırlar, video 21.000.000 dəfədən çox izlənir və Dave-in MySpacedəki dostları da artıq 16 mindən çox olur. Amma o super qəhraman kimi qəti “cool” deyil =))

Sonra başqa bir super qəhrəman 11 yaşlı qız, Hit-Girl ilə tanış olur.. Və onun atası Big Daddy (Nicolas Cage) ilə.. keçmiş polis. Maraqlı, əyləncəli, gülməli səhnələr ilə bu kino məni heç darıxdırmadı. Yuxarıdakı Dram sözünə aldanıb ciddi bir kino gözləməyin, axırda qəhrəmanlardan biri ölür ona görə Dram da əlavə ediblər.

P.S Vaxt olsa uşaqları yığıb kinoteatrda yenə baxacam.

P.S.S Dave-in İngilis dili məlliməsi ilə bağlı gülməli fantaziyaları var.. Kinonun əvvəlindədi elə, baxarsınız =)

Trailer