Traitor

2008

Amerika istehsalı,

Casus Triller, Dram,

Rejissor: Jeffrey Nachmanoff

Müsəlman, əslən Sudanlı olan Samir Horn (Don Cheadle) Amerika Fedaral Bürosunun əməkdaşıdır. Samir’in atası hələ o uşaq olanda maşınında partladılaraq öldürülüb. Samir bomba hazırlamaq və partlamaq ustasıdır. O bunu orduda öyrənib. Samir Yəməndə Omar (Said Taghmaoui) ilə söhbət zamanı əməliyyat nəticəsində saxlanılır və Omarla birlikdə həbsə salınır.

Lakin həbsxanadan qaçırlar və Samir İslam Qardaşlıq Təşkilatına qoşularaq Fransanın Nans şəhərindəki Nato yığıncağına bombalı təxribat edir. Lakin bunlar yalnız böyük planın bir hissəsi idi. Samirin fimlin sonundaki ən böyük təxribatı isə  onun xəyanətkar yox əslində bir terrosit qruplaşmasını dağıtmaq üçün təşkil edilmiş əməliyyatın başçısı olduğunu göstərir. Film Samirin sonda Məsciddə namaz qılması ilə bitir.

Bu filmin əsas ideası ele fimldə Samirin öz dilindən dediyi “Quran deyir:”Günahsız insanı öldürmək bəşəriyyəti öldürməyə, Günahsız insanı qorumaq isə bəşəriyyəti qorumağa bərabərdir” cümləsindən aşkara çıxır.

Hər kəsin bu novella xarakterli filmə baxmasını məsləhət görürəm.

Trailer