1994
ABŞ
Cinayət, Dram, Triller
Filmin rejissoru və ssenaristi: Quentin Tarantino
Ulduzlar: John Travolta, Uma Thurman, Bruce Willis, Tim Roth və Samuel L. Jackson
Büdcəsi: 8 milyon dollar, Gəlir: 213 milyondan çox
IMDB xalı: 9/10
Çoxdan Ans-də eşitmişdim ki, filmin adı Kriminal Qiraətdi, elə də qəbul eləmişdim, indi də elə deyirəm. Türklərdə “Ucuz Roman”-dır tərcüməsi. Yəqin Tarantino bilib ki, pulp-ı hər dildə bir cür tərcümə edəcəklər, ona görə kinoya start verməmiş pulp-ın tərcüməsi gəlir ekrana..
Bu gün baxdığım bu kino həm çox məşhurdu, həm də çox əyləncəli.. və demək olar ki, hər kəs bu kinoya baxıb, və əgər sən hələ də baxmamısansa deməli ən uğursuz kinomanlardan birisən. Axrıncı kompliment özümə idi.
Hər halda bu kimi kinolarla kino dünyasında günah yuyurlar və kinodan danışırsan, bu kinonun adını çəkmirsən, bu isə günahdı.
Məlum siyahıda dünyanın ən yaxşı 250 filmi arasında 5-ci yerdədi. Bu kinoya uşaq vaxtı baxmısınızsa, ya mükəmməl bildiyiniz dildə baxmamısınızsa bir də baxın, Tarantino dialoqlarına qulaq asın və bir az əylənin.
Əyləncəyə dəyər verən biri kimi bu tip konoları heç vaxt boş adlandırmıram, əgər bir kino səni əyləndirirsə, dincəldirsə, güldürürsə deməli bu boşluğun özü sənin içindəki boşluğu doldurub. Cinayət, Dram, Triller-in məni niyə əyləndirdiyini kinoya baxandan sonra hələ də qaranlıq qalsa soruşa bilərsiniz. O vaxta kimi bir cavab fikirləşərəm..
Əgər Snatch filmini izləyib əylənmisinizsə, və necə olubsa bu filmi izləməmisinizsə bu haqda fikirləşməyə başlayın. Bu kinoda da Snatch-vari yumor var.
Aktyor heyəti əladı, John Travolta, Uma Thurman, Samuel L. Jackson, Bruce Willis..
Yəqin ancaq peşəkar aktyorlar kəsintisiz kadrlarla belə uzun müddət rol oynaya bilərlər. Hətta Tim Roth da var bu kinoda, heç deməzsən ki, bu, həmin pianist, “1900”-dü..
Rəqs, ürəyə iynə vurmaq, musiqi mağazası səhnələrini izləməlisiniz, əsas da Butch-ın yuxuda gördüyü kabusu. Bir qol saatı ancaq bu qədər dəyərli ola bilərdi :)
Bir də Amelinin nifrət etdiyi səhnə var bu kinoda, yola baxmadan sürən maşın sürücüləri.. Taksi səhnəsinə fikir verərsiniz. Arxa fonda real şəhər yox, film pərdəsidi..
Nöqsan olduğunu bildiyim halda atomist üsulla kinoya şərh verdiyimi kinoşünas yox, film tərcüməçisi olduğuma bağışlayın.. və sözüm kinoya hələ də baxmamış tamaşaçılaradı.. ya da kinoya baxın, sonra deyərəm.
Filmin şəkilləri, səhnələri, əsas da soundtrack-ləri çox məşhurlaşdı və uzun müddət dəbdən düşmədi. Bunların üstündən ötüb keçməyin)
Əla ! Həm filmə, həm də posta ! Komplimenti isə yerində işlətdin :) “Snatch”-ə bənzətməyin də yerindədi, əlavə olaraq bu filmi də mən deyim “Lock, Stock and Two Smoking Barrels”. İlk iki filmi bəyənənlər bunu da mütləq bəyənəcək!
Təşəkkürlər :)) Elə yaxşı yadıma düşdü, səndən bir söz soruşum, Pulp Fictionda çamadanda nə var idi? Öz də parıldayırdı, axıra kimi görmədim :)
Orxan, mən də bilmirəm, ümid edirəm yahoo answersin cavabları səni qane edər :) (ama onlar da bilmir, çünki Tarantino özü də bilmir) :) http://answers.yahoo.com/question/index?qid=20081207201337AAjw5qx
sirr olaraq qalır. yəqin şəkərbura bir də paxlava idi, novruz amanatı :D
Orxan yadındadı sən məndən “İnception”-ın dasonun soruşdun, dəqiq 1 cavab verə bilmədim, ondan sonra ona dair bir məqalə oxudum, orda yazılmışdı ki, Kristofr Nolan mətbuat konfransında bu tipli suallara cavab olaraq bir kəlmə deyib ki, heç özüm də bilmirəm sualın cavabın, sadəcə filmi maraqlı şəkildə sonlandırmaq üçün bunu etdik. Yəni məqsəd odur ki, izləyici özü öz fantaziyasın qoşsun və himəşə də intizar da qalsın, bu kimi kiçik şeylər bəzən daha da aktuallaşdırır filmi
Amma bir anlıq elə bilirsən ki, filmi başa düşmədin :) Oxudum Yahoo answers-i, maraqlı versiyalar var :)