Underground

1995

Komediya, Dram, Müharibə

Rejissor : EMIR KUSTURIÇA

Ssenari : Emir Kusturiça və Duşan Kovaçeviç

Baş rollarda : Miki Manoyloviç , Lazar Ristovski , Miryana Yokoviç , Slavko Ştimaç

Bəstəkar : Qoran Berkoviç

Müddət: 195 dəqiqə

Ölkə : Fransa ,Yuqoslaviya , Almaniya və Çexiya

Qazandıqları — Kann mükafatında QIZIL PALMA BUDAĞI və digər festivallarda da mükafat qazanıb ..

Filmdəki hadisələr 1941 və 1992-ci illər arasında baş verir.. İndi təsəvvür edirsiz necə filmdir ???

Hamımızın həyatında UNDERGROUND deyilən olaylar var, amma bu film o cəhətləri üzə çıxartmır. Sadəcə adlarda oxşarlıq var. Film bütov bir nəslin məhv olması haqqındadır.

Söz yox ki, Kusturiça özünü Böyük Yuqosalviyanın övladı hesab edir. O Yuqosalviya ki, vaxtilə onun tərkibində Bosniya və Hersoqovina, Sloveniya, Xorvatiya və s ölkələr olub və sonradan dağılıb.

Kommunist ideologiyasına yaxın olan film, həm də komunizmi tənqid edir.

Filmin məzmunu haqqında yazmaq fikrim yoxdur, çünki filmə qarşı marağınız itəcək. Necə oldu, nə cür oldu baxandan sonra görəcəksiniz. Məncə intelektual tamaşaçılar bu filmə baxmalıdır. Acı ironiya, hər şeyə səthi yanaşma, məzəli dialoqlar və s bu filmdə var və bu əsl Kusturiça tərzidir.

Komediya janrında çəkilsə də filmdə daxili kədər var. Gülərək ağlaya bilərsiz. Bu filmdən sonra Kusturiçanı (Tarantinoyla birgə) 21-ci əsrin rejissoru adlandırıblar. Filmdə bəzi kadr səhvləri var. Diqqətlə baxsanız görəcəksiz. Sonda isə təəccüblənməyə dəyməz, çünki film utopik tərzdə bitir.

Filmin soundtrack-ləri də gözəldir, çünki qaraçı tərzindədir.Və bu soundtrack-lər filmə şux əhval-ruhiyyə versə də yenə də kədərlidir… bir sözlə mütləq baxmalısız. Bəlkə də bu film haqqında az yazdım… amma məndən bu qədər…