2010,
Amerika,
Dram, Həyəcan, Qorxu,
Adam Green-in rejissorluğu ilə,
Heç kəs sizin orda olduğunuzu bilmir – Filmin şüarı belədi. Əslində heç də haqqında uzun-uzadı yazılacaq kino deyil, həm də əvvəlcə ssenarisindən elə bildim o qədər də maraqlı gəlməz, amma kinoya baxdığım vaxt bir də ayılırdım ki, gözlərimi zilləyib elə sakitcə baxıram ki kinoya, maraqla.. Deməli qısa məzmunu belədir ki, iki oğlan bir qız gedirlər xizək kurortuna və orda heç ağıllarına gəlməyəcək bədbəxt təsadüflə qarşılaşırlar..
Dəhşətli səhnələri kəskin soyuq və canavarla bağlıdı. Bunun ikisinin də nə demək olduğunu yaxşı bilirəm. Hərbidə ikicə saat postda qalanda ayaqlarımız elə donurdu ki, ağrısına dözmək olmurdu. İkicə saata üzümüzü elə don vururdu ki, məruzə edəndə dodaqlarımız söz tutmurdu =) Ona görə kinodakıların o qədər soyuqda qalmaqlarına baxmayaraq danışmaqda o qədər də çətinlik çəkməməkləri mənə inandırıcı soyuq təsiri bağışlamadı. Amma bir yandan da baxanda, bu kinodur, soyuğu həddindən artıq real çatdırsaydılar, bədii filmdən daha çox sənədli filmə oxşayardı. Bir də, canavar qorxusu.. həmin vaxt eşitmişdik ki, əsgərlərdən birini canavar yeyib, tək təsəllimiz əlimizdəki Ak-47 idi, amma canavarı Dan kimi düz iki addımlığımızda görsəydik çətik ki, onu öldürəcək qədər özümüzü sərbəst hiss edəydik.
Dəhşətli səhnələr bir yana, ən çox pis olduğum səhnə qızın düşdüyü çarəsiz vəziyyət idi, özünü saxlaya bilməyib altına islatdı, həm də o cür soyuqda. Baxanda adamın doğrudan da yazığı gəlir.
Bir də kinoda mənə qaranlıq qalan mesajlar tapdım. Bir dəfə bədii kitabda belə bir dialoq oxumuşdum. Təxmini belə idi: “A: Hamsterin adını nə qoyacaqsan? B: Mohammad, Mohammad hamster üçün yaxşı addı.” Onda elə bilmişdim müsəlmanlara sataşır müəllif. Oxşar dialoq da bu kinoda var idi. “A: itimin adın Stiv qoyacam. B: Niyə? Stiv adam adıdı. A: Onu kim deyir, məncə Stiv it üçün yaxşı addı. Sonra kinoda iki başqa kinonun da adı çəkilir. Biri “Jaws” biri “E.T.” Axtardım gördüm ki, ikisi də Steven Spielbergin kinosudu.Hələ trailerdə Steve Bartonun şərhi də var….
Digər qəribə şey o oldu ki, kinonun axırlarına yaxın “Sən gəlməz oldunun” melodiyasına oxşar musiqi getdi. Bir anlıq adam elə təsəvvür edir ki, kinonu bizimkilər çəkib.
Joe-nun axıra yaxın köhnə sevgilisi və Dan haqda maraqlı söhbətləri olur.
Əvvəlcədən xəbərdarlıq edim ki, qan və dəhşətli səhnələri var.
Amma kinoya baxsanız və sizə pis təsir eləsə bu şəkillər ilə özünüzə təsəlli tapa bilərsiniz.
P.S Yaxın günlərdə TV-də azərbaycan dilində baxa bilərsiniz.
P.S.S Ümid edirəm Jalə hələ də bu kinoya baxmayıb =)
Trailer
Mən keçən ayın ortaları baxmışam buna. Yaxşı filmdir, baxmaq olar. Oğlanın hündürlükdən tullanma səhnəsi maraqlıdır, mən elə bilirdim ki, nəticəsi elə olacaq.
Vayyy, Çox sağol Orxan, həm filmhaqqında öyrəndim həm də əsgərlikdə ayaqların donmasını və soyuqdan əsgərlərin güclə danışdığını))
Hə filmə baxmamışam )) Düzü belə filmlərə baxmıram,hansı ki, dəhşət, qorxu, ölüm və qanla doludur, Bu insanın psixologiyasını pozur.İnsana müsbət heç nə vermir. Belə filmləri yaxına da buraxmıram :D Mənə elə təsir bağışladı ki, ochen strashnoye kino və ya “Keçən yay mən bilirəm siz nə etmişdiz” o filmlər kimidir)))
Çəkilişi asan olmadığı görünür,heyvanla işləmək asan deyil heç də. Amma bu filmin adı gələndə adamı həyəcanlandıracaq bir filmdir yoxsa?:) Yəni həyati mənası olmayan filmlərdən heç xoşum gəlmir. İstəmirəm vaxtım boşa getsin.
Ona görə dedim ki, baxmadigim film olar birdən yazacağın çünki, baxmamışamsa müzakirə etmək bir az alınmır :) Amma gördüyün kimi görmədiyim filmə də bu qədər şərh edə bilərəm :D
Çox sağol təşəkkür edirəm. Xahiş edirəm tez-tez yazın.Başqa belə bloq yoxdur bildiyim qədər. Mənimki bir az başqa cürdür demək olar ki, eyni mövzu olsa da. az-az yazıram.
Senkyu:)
Jalə, oxuduğun və şərh yazdığın üçün sən sağ ol =)
Əslində məncə Peace&Love üçün bu kino bir az vaxt itkisi ola bilər.. Kino haqda demək olar hər şeyi yazdım ki, yəqin çoxları baxmayacaq, kino haqda ümumi təsəvvür yaradım, artıq seçim etmək tamaşaçının boynuna qalsın. Çox məsləhət görüb riskə getmək istəmədim =)
Düzü, əgər baxsan yazdığımdan artıq kinoda başqa elə bir maraqlı mesaj və səhnə tapa bilməyəcəksən, bu janrdan zəhlən gedirsə elə postu oxudunsa baxmış qədər varsan =)
Sujet xətti monotondu, və hadisələr 2 gündə cərayan edir. Amma bu kino həm də tamaşaçıya dərs verir, məsələn məndə battery low olanda vecimə də olmurdu, amma indi fikirləşirəm ki, səfərə filan çıxanda telefon və iki dolu batareya mütləq üstümdə olsun =)
Sənin blogunu izləyirəm, o başqa istiqamətdədi bir az, amma mənə daha maraqlı gəlir.. Məni qabaqlayıb dedin ki, az yazırsan =) İzləyicilərini çox gözlətmə =))
Salam! Men bu kinoya bir defe baxmisham, hal-hazirda ikinci defe Xezer Tv-de bura sherh yaza-yaza baxiram.
Duzdur, bir choxlari uchun bu tip kinolar maraqsiz gelir. Menim fikrimce, her bir kinoda nese mena var, hetta en axmaq komediyada bele. Ele bu kinoda da.
Umumiyyetle, men bu kinoya baxanda Cek Londonun “Heyat eshqi” eseri gozumun qabagina geldi. Men o vaxt bu eseri oxuyarken tesevvurumde nece canlandirmishdimsa, bu kinoda mueyyen menada o sehneleri gordum. Olum qashla goz arasindadir. Bilmek olmur ki, 5 deq-den sonra bashina ne gelecek. Heyat shirindir.Insan heyatin ne qeder shirin oldugunu mehz olumle uzleshende derk edir, men bir defe metroda bu hadise ile rastlashmisham ve hemin vaxt bir anliq butun heyatim film kimi gozumun qabagindan kechib, butun ezizlerim, arzularim……
Zeif iradeli, ureyi xeste insanlara filme baxmagi meslehet gormurem:) Umumilikde, film maraqli tesir bagishlayir, bu film insanda mubarize, yashamaq ezmini guclendirir.
Aysel, şərhə görə təşəkkürlər. Yaxşı ki, metrodakı hadisə təhlükəsiz sovuşub =)Mən səninlə razıyam, ən axmaq kinoda belə bir məna var..