Labour Day

Gepgecə, şəhərin məmmərkəzində, upucuz kafedə, dapdadlı yemək yeyirdik.. axıra yaxın söhbət öləndə Sərraf diriltdi ki, bir kinoya baxmışdım, kişi türmədən qaçır, sonra gəlir tanımadığı evə.. arvadnan… Urfan qoşuldu ki.. həə.. baxmışam super kinodu.. Əmək günü idi nəydi adı…. dedim nə.. Labour Day? dedilər, həə!! baxmısan??…. dedim yox :D dedilər onda gedək bir də baxaq. Spoiler zad demiyin e, hərdən kinonun orasınnan burasınnan danışmaq lazımdı ki, adamda maraq yaransın. Yaxşı, kino haqda bu qədər.. mən də belə azca eşidib baxdım, ləzzət elədi.

Deməli buna uzanıb sakit baxasan, heç nə atışdırmadan, heç nə içmədən, gələn mesajlara baxmadan.. Orxan, bu kinodan nəsə götür məsləhəti verdilər, mən də sizə ötürüm. Dərs çıxarılası şeylər çoxdu, gərək adamın əlindən hər iş gələ. Dadlı yemək bişirmək, səliqəli olmaq, qayğı göstərmək, çox işləmək və təmkinli olmaq. Yemək bişirmək demişkən feysbukda TASTY adlı zor bir səhifə var, onu izləyin. Əla reseptlər verirlər 1 dəqiqəlik videolarda. Bizdə çətin tapılan bəzi ədviyyat, sous, ərzaqların çoxun Fresco və Port Bazar marketlərində satırlar, ordan alarsınız. Bu kinodan sonra şaftalı piroqunu da öyrəncəksiniz, əlinizdən tutub öyrədən biri olsa :D Başa düşmədinizsə fikir verməyin, baxandan sonra..

baseball

Bir də ki bu kino yemək zad haqda deyil ha, həbsxana və azadlıq və sevgi və ehtiras və həyat haqdadı .. Necə deyim?!.. bu kinoyla Shawshank Redemption elə bil uzaq qohumdular, amma get-gəlləri var. Ya da yaxın qohumdular, amma getgəlləri yoxdu, nəysə belə bir şey :D Türkcə dublyajı əladı.. Sonra bu tipli kino görmüsünüzsə məsləhət görərsiniz məni görəndə. Bazar gününüzün yaxşı keçməyi ümidiylə, hələlik..