Michelin Ulduzu

Yemək bişirmək bizim ailədə “ata sporu” kimi bir şeydir. Əmim, atam, qardaşım və mən yemək bişirməkdən zövq alırıq, böyüklər peşəkar məşğul olub, biz isə həvəskar. Yəni biz, 30 yaşlı balacalar ( :D ) dolma bükmürük, bozbaş bişirmirik, amma dadlı yemək istəyəndə, ya yaxınlarımıza dadlı nəsə yemək hazırlamaq istəyəndə onda qollarımızı çırmalayırıq. Ad günlərində, yığıncaqlarda və yeyib-içməyə yığışanda da çox vaxt biz qabağa düşürük. Burda dadlı yemək yeyən çox adam tanımıram, bizdə adətən çox, ya da az yeyən adamlar olur. Təzəlikcə ət yeməyən. Dada xüsusi fikir verən çox deyil.

3

Kişik qardaşım İtaliya xatirələrində ( :D ) yazırdı ki, Milanda məşhur bir şef şəhərə gələn kimi bütün camaat həmin restorana hücum çəkib növbəyə dayanır. Bizim yerli aşpazların bu qədər məşhur olub-olmadığını bilmirəm, amma mediada demək olar ki, bu tipli xəbərlərə rast gəlməmişəm. Və bu Michelin ulduzu ki var, bu Fransa, İtaliya, Yaponiya kimi ölkələrdə çox məşhurdur. 1900-cü illərdə Fransada yaranıb və günümüzdə restoranları, şefləri qiymətləndirən ən nüfuzlu mükafat halına çevrilib. Aşpazlığın Oskarı, Memarlığın Pritzkeri, elmin Nobeli kimi bir şeydir. Michelin ulduzu haqda məlumatı birinci dəfə Burnt filmində ( Bradley Cooper oynayan :D ) gördüm, ikinci dəfə isə The Hundred-foot Journey filmində. Axrıncı filmdə şef köməkçisi Marqaret ( bu qız Aytacla Çiçəyə yaman oxşayır :D ) Hasana Michelin ulduzlarını belə izah edir: Əgər sən bir ulduz alırsansa deməli əlasan. İki ulduz alırsansa mükəmməlsən. Üçüncü ulduz isə tanrıların işidir.

marq

Bu ulduzlar hər ilin Fevral ayında verilir. İki ulduzu olan bir restoranın bir ulduza enmək riski də var. Bu ulduzlara sahib dünyada 500-ə yaxın restoran var, onlardan təxminən 50 restoranın 3 ulduzu var, ən çox 3 ulduzu olan restoranlar birinci Tokioda, ikinci Parisdədir. Son vaxtlara qədər Londonda cəmi 1-cə 3 ulduzlu restoran var idi, oranın şefi Gordon Ramsay deyir ki, ulduzunu itirmək sevgilini itirmək kimi bir şeydi ( :D ) Hələ 3 ulduzlu şeflər var ki, ulduzunu itirməmək üçün intihar ediblər. Yemək dünyasında bu qədər sənətsal yarış, rəqabət, kin, nifrət, qəzəb olduğunu bilmirdim, bu iki kinodan sonra daha çox məlumatlı oldum.

burnt

Azərbaycanda həmin jurnal dərc olunmadığına görə bizdə Michelin ulduzlu restoran yoxdur, amma növbəti dəfə xarici ölkəyə səyahət edəndə ulduzlu bir restorana getməyi unutmayın.

 

* Öz kateqoriyasında çox yaxşı restoran (Une très bonne table dans sa catégorie)

** Əla yeməklər, gəlmək üçün yolu uzatmağa dəyər. (Table excellent, mérite un détour)

*** Xüsusi, qeyri-adi mətbəx, gəlmək üçün səyahət etməyə dəyər. (Une des meilleures tables, vaut le voyage)

 

Dadlı yemək həvəskarısınızsa bu Burnt və The Hundred-foot Journey filmlərinə baxın, sizin üçün çox maraqlı olacaq.