Absurdistan


2008
Almaniya
Komediya
Rejissor: Veit Helmer

Əvvəlcədən deyim ki, kino çox xoşuma gəldi. Dünən Cineline-ın facebook səhifəsindən xəbər tutdum ki, sabah Absurdistan filmini İnsan Hüquqları Evində nümayiş etdirəcəklər, həm də ödnişsiz. Həm filmin mövzusu, həm də vaxtın münasib olması kinoya getməyə əsl şərait yaratdı.

Keçək filmə. Deməli alman rejissoru belə bir əhvalat eşidib ki, türkiyədəki ucqar bir kənddə su problemi yaranıb, kənddəki qadınların da ərləri biveclik edib bu su problemini aradan qaldırmayıb, bunun da cavabında arvadlar ərlərinin qarşısına şərt qoyub ki, əgər su problemini həll etməsəniz sizinlə intim əlaqəyə girməyəcəyik. Bu əhvalat haqda kino çəkmək istəyən rejissor gəlir Türkiyəyə, amma istədiyi məkanı tapmadığına görə, filmin şəkilişlərinin əksər hissəsi Şəkidə və Lahıçda lentə alır.

Filmdə Azərbaycan akyorları da oynayır, onlardan bəziləri çoxunuza tanışdı. Personajların danışığı çox azdı, demək olar dialoqlar qeyri-şifahidi.. Əsas arxa fonda şərhçi hadisələri nağıl edir. Geyimlər və dekor da çox canlı və təbii baxılırdı. Arabir Azərbaycan mahnıları da filmə gözəl rəng qatmışdı..

Film çox ekzotik, gülməli və maraqlı və eyni zamanda tam absurd idi.. Amma bu absurdluq tamaşaçını çaş-baş salmırdı, absurdluğun özü işlərin asanlıqla həyata keçirilməsində özünü göstərdiyinə görə mənə ləzzət elədi. Heç nəyin əziyyəti yox idi, hər şey iki dəqiqədə hazır idi =) elə absurd olduğuna görə də əyləncəli idi.. Mütləq diskin tapıb baxmağınızı məsləhət görürəm, heç peşman olmazsınız.

Filmə baxmaq üçün gözəl imkan yaratdıqlarına görə İnsan Hüquqları Evi-nə, Cineline heyətinə və əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Nərmin Muradovanın filmin rejissoru ilə müsahibəsini bu linkdən oxuya bilərsiniz.