
2008 Almaniya Komediya Rejissor: Veit Helmer
Əvvəlcədən deyim ki, kino çox xoşuma gəldi. Dünən Cineline-ın facebook səhifəsindən xəbər tutdum ki, sabah Absurdistan filmini İnsan Hüquqları Evində nümayiş etdirəcəklər, həm də ödnişsiz. Həm filmin mövzusu, həm də vaxtın münasib olması kinoya getməyə əsl şərait yaratdı.
Keçək filmə. Deməli alman rejissoru belə bir əhvalat eşidib ki, türkiyədəki ucqar bir kənddə su problemi yaranıb, kənddəki qadınların da ərləri biveclik edib bu su problemini aradan qaldırmayıb, bunun da cavabında arvadlar ərlərinin qarşısına şərt qoyub ki, əgər su problemini həll etməsəniz sizinlə intim əlaqəyə girməyəcəyik. Bu əhvalat haqda kino çəkmək istəyən rejissor gəlir Türkiyəyə, amma istədiyi məkanı tapmadığına görə, filmin şəkilişlərinin əksər hissəsi Şəkidə və Lahıçda lentə alır.
Filmdə Azərbaycan akyorları da oynayır, onlardan bəziləri çoxunuza tanışdı. Personajların danışığı çox azdı, demək olar dialoqlar qeyri-şifahidi.. Əsas arxa fonda şərhçi hadisələri nağıl edir. Geyimlər və dekor da çox canlı və təbii baxılırdı. Arabir Azərbaycan mahnıları da filmə gözəl rəng qatmışdı..
Film çox ekzotik, gülməli və maraqlı və eyni zamanda tam absurd idi.. Amma bu absurdluq tamaşaçını çaş-baş salmırdı, absurdluğun özü işlərin asanlıqla həyata keçirilməsində özünü göstərdiyinə görə mənə ləzzət elədi. Heç nəyin əziyyəti yox idi, hər şey iki dəqiqədə hazır idi =) elə absurd olduğuna görə də əyləncəli idi.. Mütləq diskin tapıb baxmağınızı məsləhət görürəm, heç peşman olmazsınız.
Filmə baxmaq üçün gözəl imkan yaratdıqlarına görə İnsan Hüquqları Evi-nə, Cineline heyətinə və əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Nərmin Muradovanın filmin rejissoru ilə müsahibəsini bu linkdən oxuya bilərsiniz.
hmmm maraqlidir
2-ci dəfə baxmağıma baxmayaraq gülməkdən ölürdümeyy))) Hər şey çoox gülməli idi həqiqətən də. Amma ən çox xoşuma gələn aktyorların təbii oynaması idi :) Filmin heç bir hissəsində sünilik görmədim, çünki baş rollardan başqa bütün digər rolların hamısını filmə rəng qatırdı, filmdə heç nə və heç kim artıq görünmürdü :)
Film məndə var istəsən yazıb verərəm.
Sənə də təşəkkürlər :)
Mütləq verərsən, Urfan məni öldürürdü ki, niyə mənə də deməmisən =))) Dəyməz, mən təşəkkür edirəm
Orik, adam gedende xeber eder biz de baxaq daaa bele maraqli kinoya :D
Turka, sorry, elə bilirdim xəbərin var, həm son ana kimi dərsdən icazə ala biləcəyimi bilmirdim, ona görə söz verə bilmədim. Bir də olsa ən birinci sənə xəbər verəcəm ;)
CinemAN da baxmishdim bu kinoya.Ela kinodu !!! :)
Mənim indi baxmağa fürsətim oldu, çox xoşuma gəldi =)
Çox gözəl kinodu. Bir neçə dəfə baxmışam. Filmin rejissorlarından biri, Arif Ismayılov Şəkilidi
Əhsən, qəşəng işləyiblər
Nə mutlu bizə )))))Təşəkkürlər Orxan))))
Mən təşəkkür edirəm =) Xoşdu =)
Maraqli kinoya oxshadi. Heyf qalib baxa bilmedim. :S
Heyf, çox maraqlı idi, diskin tapsanız alın baxın mütləq