Chaplin

1992,

Amerika,

Aftobioqrafiya, Dram,

Rejissor:Richard Attenborough,

Avtobioqrafın qələmindən bir film yalnız bu qədər gözəl çıxa bilər “Çaplin”. Filmin şüarı belədir: Hər kəsin vəhşi tərəfi var. Hətta bir əfsanənin də..

Məni bu filmə baxmağa vadar edən təkcə Çarlz Spenser Çaplinə olan marağım deyil, həm də hər uğurlu insanın arxasında şəxsin böyük dram hekayəsi dayanır, onu özüm üçün kəşf etmək marağıdır. Bu filmi izləyən zaman gördüm ki, əlində çəlik başında, ənənəvi ingilis şlyapası və boyalı üzü olan bu komik insanın arxasında gözləri yaşla dolduran acı həyat hekayəsi var.

Amma onu da gördüm ki, təkcə bir gülüş insanı necə həyata bağlayırmış. Çarli sadəcə kiçik bir problemdən inamsızlığa düşən insanların əslində həyatdakı gülüşləri necə qiymətləndirmək lazım olduğunu göstərən bir nümunədir.

Trailer