Arxiv Yazılar

Tangled

2010, ABŞ, Animasiya, Komediya, Ailə, Rejissorlar: Nathan Greno, Byron Howard Son zamanlar baxdığım ən gülməli, maraqlı, həyəcanlı, reallığa daha yaxın olan animasiya filmi. İzləməmisinizsə, vaxt itirmədən izləyin :) Mövzusu nağıldan götürülmüş bu filmdə personajları  və hadisələri elə gözəl canlandırıblar ki, kinoya baxandan sonra bir də baxmaq istəyirsən. İnsanlardakı mimikalar, at və buqələmunun gülməli hərəkətləri ayrıca

Ardını oxu →

Pirates of the Caribbean: On Stranger Tides

Karib dənizinin quldurları: Yad sahillərdə ABŞ Azərbaycan premyerası 19 may, 2011 Macəra, Döyüş, Fantastik Rejissor: Rob Marshall Rollarda: Johnny Depp, Penélope Cruz, Geoffrey Rush, Ian McShane Qəribə məxluqlar, su pəriləri, zombilər, gözəl Barbossa, Kapitan Cek Sərçə və digərləri, bunlar hamısı mayın 19-u, Kinoteatrlarda… Filmin Afişaları Filmin treylerləri – Azərbaycan dilində subtiter ilə: QEYD: Azərbaycan dilində

Ardını oxu →

SCRE4M

Tezliklə (Coming Soon) Scream 4 Qorxu, Triller Azərbaycan premyerası 28 aprel Qorxunun davamı.. 3 manatdan başlayan qiymətlərlə kinoteatrlarda izləməyə dəyər. Unutmayın ki, filmin şüarı belədir: “Yeni onillik. Yeni Qaydalar” Deməli mütləq baxmağa getməliyik ;) FİLMİN AFİŞALARI TREYLER və GÖRÜNTÜLƏR

Ardını oxu →

Fast Five

Tezliklə (Coming Soon) Fast Five (Forsaj 5) Döyüş, Cinayət, Dram ABŞ Azərbaycan premyerası 28 aprel Forsaj film seriyalarının axırıncısı Forsaj 5. Artıq əvvəlki seriyalardan filmin necə dinamikada olduğunu yaxşı bilirsiniz. İndi aktyor heyətinin şəkillərini, filmin afişalarını, treylerlərini və maraqlı görüntülərini sizinlə paylaşacam.  Ümid edirəm bu media görüntülər mənim kimi sizin də xoşunuza gələcək :) Filmin

Ardını oxu →

The Assassination of Jesse James by the Coward Robert Ford

2007 ABŞ, Kanada Avtobioqrafiya, Dram, Cinayət, Western Rejissor: Andrew Dominik Jesse Jamesin Qətli kinosu görkəmli rəssamın portretinə bacarıqlı rejissorun sehirli toxunuşu təəssüratı oyatdı. Bu filmdə məkanlar, personajlar, hadisələr mənə təsirsiz ötüşmədi, ağır auralı filmdir, eyni zamanda hadisələr real həyatdan götürülüb. Mövzusu – XIX əsrdə yaşamış məşhur Amerikalı Jesse James soyğunlarından və onun ən böyük pərəstişkarı

Ardını oxu →

The Man From Earth

2007, ABŞ, Dram, Fantastik, Mistik Rejissor – Richard Schenkman. Bu film mənim üçün xüsusi yeri olan filmlərdəndir. Təsadüfi deyil ki, 3-4 dəfə baxmışam və bir neçə dəfə də baxmağı planlaşdırıram. Bilirəm ki, təkarrən öyrənəcəyim maraqlı faktları kəşf edəcəm. Ən çox xoşuma gələn cəhəti hadisələr bir evdə cərəyan edir. Fantastik janra aid edilsə də qaçdı-tutdu, partlayışlar,

Ardını oxu →

That’s The Way It Is

Olduğu Kimi, ABŞ, 1970, Avtobioqrafiya, Musiqili. Rejissor – Denis Sanders. Elvisi hamı sevirdi çünki o dövrünü qabaqlamış Rock’n Roll Kralı və ya sadəcə Kral idi. Bu gün onun haqqında 1970-ci ildə çəkilmiş sənədli filmə baxdım. Kino Elvisin MGM səsyazma studiyasında keçən 3 günündən və məşhur Los Angles konsertlər silsiləsindən bəhs edir. Bir yandan heyfslənirəm ki,

Ardını oxu →

Zodiac

2007, Dram, Cinayət, Gərgin, Rejissor: David Fincher, David Fincher mənə görə rəssamdır və kinolarına baxanda monitor onun tablosuna çevrilir. İndiyə qədər bir çox kinosuna baxmışam – Shutter Island, Fight Club, The Social Network, Seven və s. Deyə bilərəm ki, hamısında rejissorun təkrarolunmaz tərzi özünü göstərir. Tünd-çirkli rənglər, qaranlıq işıq-kölgələr, yağış – hamısı kinonu daha canlı

Ardını oxu →

Get Him to the Greek

2010, ABŞ, Komediya, Nicolas Stoller-in rejissorluğu ilə, Çoxdandır ki ABŞ komediya janrında belə gülməli film çəkmirdi. Mənə görə 2010-un ən gülməli filmi Get Him to the Greek filmidir. Filmin mövzusu – bir musiqi şirkətinin dünyada qalan son rock ulduzlarından biri olan Aldous Snow-un 1999-cu ildə verdiyi böyük konsertin 10 illik yubileyini keçirmək istəməsidir. Ancaq bu

Ardını oxu →

Schindler’s List

1993, ABŞ, Avtobioqrafiya, Dram, Tarixi, Döyüş, Rejissor: Steven Spielberg, Musiqi: John Williams, IMDB xalı 8.9/10 (7), 7 oskar mükafatı, Filmin şüarı belədir  – “Bir nəfəri xilas edən kəs, bütün dünyanı xilas etmiş olar”. Bu elə kinolardandı ki, adamı həyəcanlandırır, özünə bağlayır.. Bitməsini istəmirsən, baxdıqca tüklərin biz-biz olur, sanki özün o filmi beynində fikirləşirsən, rejissor özünsən..

Ardını oxu →