1993,
ABŞ,
Avtobioqrafiya, Dram, Tarixi, Döyüş,
Rejissor: Steven Spielberg,
Musiqi: John Williams,
IMDB xalı 8.9/10 (7),
7 oskar mükafatı,
Filmin şüarı belədir – “Bir nəfəri xilas edən kəs, bütün dünyanı xilas etmiş olar”. Bu elə kinolardandı ki, adamı həyəcanlandırır, özünə bağlayır.. Bitməsini istəmirsən, baxdıqca tüklərin biz-biz olur, sanki özün o filmi beynində fikirləşirsən, rejissor özünsən.. Və ya kitabdan oxuyursan, qüsurlu heç nə yoxdu.
Film İkinci Dünya Müharibəsinə həsr olunub. Aktyor seçimi uğurludu, ən sanballı rolları ifa edən aktyorları çəkiblər (Liam Neeson, Ralph Fiennes).
Kütləvi səhnələr də çox canlıdı, elə bil minlərlə proffesional aktyoru kinoya cəlb ediblər. Qan, ölüm, qorxu səhnələri inandırıcıdı, filmə baxdığını yaddan çıxarırsan elə bil sənədli filmdi.
Mövzusu, bir alman sahibkarın öz günahsız yahudi işçilərinin siyahısını tutaraq, əlindən gəldiyi qədər onların həyatlarını xilas etməsidir.
Kino rejissor yenilikləri ilə zəngindi. Ağ-qara çəkilsə də bəzi məqamlar rəngli verilib. Filmə baxandan sonra adamda müharibəyə qarşı kəskin nifrət hissi yaranır. Məncə İkinci Dünya Müharibəsinə həsr olunmuş ən yaxşı film “Şindlerin siyahısı”dı. Steven Spielberg- in unudulmaz şedevri..
Film uzun təriflərə layiq olsa da fikirlərini izah etməyə çox söz tapmırsan, qısası izləməyinizi təkidlə tövsiyə edirəm : )
Trailer
inanilmaz film idi.. bu filmin çəkiliş prosesini ağlıma gətirə bilmirəm… Olmuş hadiələrə əsaslanan filmləri çox sevirəm
Doğrudanda filmdə çox əmək və güc tələb edən kadrlar var. Kostyumlar, məkanlar, ümumiyyətlə süjet xəttinin belə professional ssenariləşdirilməsi hər filmə, hər rejissora nəsib olmur.
Schindler’s List-in dünya şedevr filmləri toplusuna asanlıqla başçılıq etmək haqqı var.