2010
Dram
Rejissor: Mahsun Kirmizigül
Filmin ilkin ssenarisi hələ 1996-cı ildə yazılmışdı. Mahsun Kırmızıgül o vaxtdan Mustafa Sandalı öz filmində görmək istəyirdi. Amma filmin çəkilişi üçün böyük büdcə lazım idi. Həmin büdcə o illər üçün fantastik məbləğ idi Türkiyə kinosu üçün. Bir-neçə il müxtəlif prodüsserlərə filmin ssenarisini təqdim edən Mahsun hər dəfəsində ssenaridə ixtisarlar, dəyişiklər etmək məcburiyyətində qalırdı. Hətta vəziyyət o yerə çatmışdı ki, filmin janrı komediya seçilmişdi. Bütün bunlar Mahsuna bu film arzusunu uzun müddətlik təxirə salmaq məcburiyyəti yaratdı.
2010-cu ildə artıq ” Günəşi gördüm “, ” Bəyaz mələk ” filmləri ilə Türkiyə, eləcə də bir çox ölkələrdə arxasından söz etdirməyi bacaran Türkiyəli müğənni arzuladığı ” Beş minarə ” filminin çəkilişlərinə start verdi. Ssenari başdan yazıldı. Büdcə müəyyənləşdi. ( 12 milyon ) Filmin musiqiləri 140 nəfərlik Praqa operasına həvalə olundu. Film Türkiyə- Nyu Yorku əhatə etdi. Tam professional, yüksək səviyyədə çəkilən filmdə üç Hollivud ulduzu- Robert Patrik, Cina Gerşon, Denni Qlover də çəkildi. Nəhayət 2010-cu ilin sonunda film təhvil verildi. Hələlik 21 milyon gəlir gətirsə də, bu rəqəmin qalxacağına inam var. Qeyd etmək istəyirəm ki, filmin sponsorlarından biri Palmali şirkətlər qrupudu. Filmdə Türkiyə kinosunda ilk dəfə olaraq anamorfik linzalar-dan istifadə olunub.
Türkiyə terror rəhbəri Dəccal ləqəbli Hacı Gümüşün izinə düşür. Hacı isə artıq Nyu-Yorkda həbs olunub. Türkiyədən iki polis əməkdaşı Fırat və Acər Nyu-Yorkdan Dəccalı Türkiyəyə gətirməyə ezamlanır. Hacını Nyu-Yorkdan gətirmək elə də asan deyil. Ortada bir çox ammalar var. Hacı israrla terrorçu olmadığını bildirir. Bütün dəlillər isə ona qarşıdı.
İnsanlıq, inam, iman, kin, vəfa, mərhəmət, qəzəb bu filmin başlıca mövzusudu. Müsəlmanların dünyada terrorçu kimi tanınması səbəbləri. Buna qarşı mübarizə. Cahilliyi ürəkdə nifrətə çevirərək həyat prinspi etmək. Və ən nəhayət ölümü sevən, qəlbi sevgiylə dolu olan bir insanın nəyin bahasına olursa olsun Allah yolundan çıxmamasından bəhs edən bir film izləyəcəksiz. Filmin gözlənilməz sonu sizi əməlli-başlı silkələyəcək və bitəcək. Sizsə titrlarda filmin yaradıcılarının adlarına baxa-baxa bir xeyli düşünəcəksiz…
bir müddət öncə baxdım, yaxşı deyə biləcəyim filmdir. Amma fikrimcə günəşi gördüm-dən nəzərəçarpacaq qədər zəifdir. o mükəmməl idi
o qeder derin movzuya besit, bayagi yanashmadir. oz mentaliteti ile avropa deyerleri arasinda chabalayib, avropani seche bilme cesaretinde olmayan muselmanlar uchundur film
Bu kinoya baxmisam axiri pis yerde qurtarir ela kinodu mence
bu dəqiqə baxdım. əla idi. ssenarisi çox maraqlı gəldi. mustafa sandalın da belə yaxşı aktyor olması da çox maraqlıdı.