İMDB – 8.7/10
2005
Türkiyə
Rejissor: Çağan Irmak
Baş rollarda: Çetin Tekindor, Fikret Kuskan, Ege Tanman
Bu filmə çoxdan baxmaq istəyirdim, indiyə qismətmiş..”V for Vendetta” , “Requiem for a dream” , ” Forrest Gump” , ve hal hazırda ağlıma gəlməyən və insanı təsirində saxlayan digər filmlər çox olub, amma sırf bu film mənə daha doğma gəldi.. Hadisələr çox təbii idi. Bəlkə də uşaqlığımdan bəzi “franqmentləri” yadıma salırdı ona görə… baxdıqca insanın gözlərinin dolmaması (sonda hətta ağlamaması) mümkün deyil :( 3 nəsli (baba, ata, nəvə) birləşdirən qan bağı, nə qədər inciklik olsa da onlar arasındakı sevgi, bağlılıq mükəmməl təsvir olunub.
Atası Sadıkı Kənd təsərrüfarı üzrə oxumaq üçün İstanbula yola salır amma o jurnalist, + anarxist olur, buna görə də atası ilə aralarında mübahisə düşür, Sadık atası Hüseyn ağaya digər “qulları” kimi sadiq olmadığı üçün atası onu övladlıqdan rədd edir. Hər ikisinin illər boyu deyə bilmədikləri, amma iksinin də bildikəri sözləri Sadık 7-8 yaşlı oğlu Deniz ilə illər sonra evinə qayıdanda atası ilə arasında keçən ilk dialoqunda dilə gətirirlər. Məlum olur ki, əslində ata-oğul ikisi də necə də eynidi..
Sadık: ..Adım Sadık, Abimin adı Salim… Niye bizə bu adları verdin, baba? Bu kadarmı korktun bizden? Hayatımızı kendimizin yönlendirmesinden?… Baba buraya niye geldim bilmiyosun!…Denize bi oda ver. Onu yanına al..Burada büyüsün bi evi olsun. Gide bileceyi başka bi yeri yok.
Hasan: Yaa..Gördün mü evlat ne demek?
Sadık: Gördüm baba. Peki sen çocuğunun büyüyeceyini görmeyeceyini bilmek ne demek gördünmü? Hiç bilirmisin bu duyquyu? Hayat devam edecek, birileri yeni kitaplar yazacak, okumayacaksın…Yeni filmler çekilecek, izleyemeyeksin…Sevdiyin şarkıyı dinlemek isterken dinlemeyeceksin.. Bunlar kolay, alışır insan. Ama oğlunu büyürken izleyememek, yanında olamamak, ilk kız arkadaşını göremiyicek olmak… Ona bi oda ver Baba..bi evi olsun..ama zaman-zaman da çıkıp gide bileceyi bi yer…
Bu səhnə çox təsirli idi, izləyin özününüz görün…
Deniz Sadıkın oğludu. O dünyaya gələrkən anası dünyasını dəyişib :( Deyirəm də, film əvvəldən ağlaşmadı.. Bu uşağı yemək istəyirdim çox şirin idi :) Denizin xəyal dünyası çox rəngarəngdir, oxuduğu kitablardakı qəhrəmanlar gözününü önündə canlanır. Özünü hansısa əsərin içində və super qəhrəman hesab edir. Onun xəyalları filmə rəng qatırdı :D
Ümumiyyətlə, bu kino dram olsa da arada mırt səhnələr də var idi. Nuran (Sadıkın anası) və gəlinin radioqəbuledici (ratsiya) ilə danışması- tamam!, Denizin “bu telsizlə arkadaş arıyorum” deyib özünə dost axtarması mırt idi :) Bir də, Sadıkın böyük qardaşı da adamı güldürürdü. Ağıldan bir az kəmdir, amma çox saf və ürəyi təmiz insandır.
Yenə Denizə qayıdım..Bu uşaq öz şirinliyi ilə inadcıl babası Huseynin də ürəyini ələ alıb onu yumşalda bilir. Nə də olsa nəvəsidi :) Amma ən çox da bu uşağa görə pis oldum :( Bir söz var, hər şey yaxşılığa doğrudur, hər şeyin bir səbəbi var. Filmə baxanda bu sözlər yadıma düşdü, bir az da “qıcık” oldum. Nəyə görə nələrsə düzələcəksə başqa şeylər ona qurban getməlidir? Həmişə belə olub. Nəyə görə ki, yaxınların, doğmaların barışması, incikliklərin keçməsi üçün birinin başına bədbəxtlik gəlməlidi? Lənətə gəlmiş qürurdu insanlara sevgilərini gec olmadan dilə gətirməyə imkan verməyən ya kin?! Bax bunları dedizdirəcək bir filmdi bu!…Necə ki, Hüseyn ağa sonda bunun artıq gec olduğunu anlayanda dəliyə dönür, dərddən yaxasını yırtır, amma nə fayda…
P.S Atası Denize öyrətdi ki, insanlar böyüdükcə xəyallara çox bağlı olmazlar. Yani insanlar büyüdükce hayaller küçülür. Sizce de insanlar büyüdükce hayaller küçülür mü?..
Baxmışam bu filmə, çox təsirli filmdir. Hələ son səhnə-babasının Denizi kinoteatr adı ilə aparıb göstərdiyi səhnələr çox təsirlidir. Sonu ağırdır, elə də yaxşı sonluqla bitir demək olmaz, ona görə hər adamın baxa biləcəyi film deyil deyərdim. Kino kimi isə adi dramdır, Çağan Irmak da ki insanların hisslərindən istifadə edərək film çəkir, güya qeyri adi bir şey yaradır. :)
Filmi yaxşı təsvir edib yazı.
Issız adamla birgə ən xoşladığım türk filmidir, daha doğrusu bu ən yaxşısıdır. Film necə başlayır necə bitir hiss olunmur, qəhərdən zaman da unudulur. :) Filmdə konkret deyilməsə də, film 1980-ci il hərbi çevrilişinin fəsadlarından bəhs edir və hardasa reallığa söykənir, çünki həbsxanalarda həmin illərdə xeyli jurnalist ya ölmüş ya da xəstəliklər tapmışdılar. (Eyni faciəni O…çocukları adlı çox qəşəng bir film daha var, o da işıqlandırıb). Filmin mənə ən çox təsir edən yerləri: Baba ilə nəvənin ilk tanışlığı(ata nal vuranda), baba ilə oğlunun əsas dialoqu, xəstəxanadakı söhbətlər, dəfndən qayıdarkən maşın karvanının dayanması-atanın üsyanı, daxmadakı mini-kinoteatr səhnəsi… saymaqla bitmir. Baxmayanlar mütləq baxsın :)
Təşəkkürlər :) sizin commentler menim postumdan da maraqli oldu :) dogrudan da filme baxib qurtaranda insan elə vəziyyətə düşür ki, nə yazacağımı yığıb-yığışdıra bilmirdim..
Bəli Türkan sənə olan inamımı doğrultdun. Yaxşı yazmısan. Film həqiqətəndə gözəldir. Mən etiraf edirəm ki, filmə baxarkən kövrəlmişdim. :) Mən bu film haqda öz hislərimi dilə gətirməkdə çətinlik çəkirəm. Elvin kifayət qədər demək istədiklərim qeyd edib. Türklrin istedatları uşaqlıqdan başlayır. Uşağın filmdəki, ifası bunu təsdiq edir. Nəsə hər şey zordu. Çox sağ ol Türkan
Çox sağ ol Tural, ay brat :)
Əla filmdir. Və qəşəy təsvir eləmisən. Hm təəssüfki, insanları olgunlaşdıran, həyatın onlara vurduğu zərbələrdir.
Çox sağ ol Baba :)Hə təəssüf ki, elədi.
ay da axir ki men de vaxt eliyib baxdim. coxdan isteyirdim, amma erinirdim. dehshet bir filmdi, cox agladim, yadima gelir son defe Beyaz melek filminde bu qeder aglamishdim. Filme baxdiqca oz evde cekdiklerimiz videolar yadima dushdu, hansi ki, artiq unudulub ve itib. o kassetleri istedim :( helelik bu qeder, bir de hisslerivi gozel ifade etmisen posta, suala cavab yaza bimiyecem hele, arashdirmaq lazimdi o meseleni :) ugurlar
Mənə də bu filmi çoxdan məsləhət görmüşdülər. Gərək baxım. :)