The Prestige

2006

ABŞ

Dram, Fantastik, Sirrli,

Rejissor: Christopher Nolan

IMDB xalı: 8.4/10

Christopher Nolanın IMDB-nin top siyahısında olan Memento, Inception və Dark Night kimi filmlərinə baxıb bəyənənlər və necəsə Prestige filmini izləməyənlər şübhəsiz ki, 5 il gecikiblər. Prestige hər şeylə maraqlanan tamaşaçı üçün ideal bir filmdir.

London, 19-cu əsrin sonları.. İki sehrbazın rəqabəti.. Öz üsulları, sirrləri, aralarındakı düşmənçilik və bir-birini üstələyən möhtəşəm sehrbazlıq fəndləri. Bunlarla yanaşı filmin sehirli mövzusu, aktyor oyunu, kino rəngi və hadisələri daha yaxşı başa düşmək istəyi sizi bu filmə dəfələrlə baxmağa həvəsləndirəcək. İnanmıram ki, bu kino kiminsə xoşuna gəlməsin.. Sehrbazlar və fokuslar həmişə sevilən mövzu olaraq qalır..

Filmin premyerasından beş il keçib, ona görə kinoteatrlarda baxmağınızı xahiş edəcək bir vəziyyət yoxdu ortada. Diski alıb keyfiyyətli görüntü ilə izləyə bilərsiniz, amma vaxt itirməyinizi istəmirəm. Ona görə filmləri türkcə izləyənlər üçün keyfiyyətlə baxa biləcəyiniz bir link paylaşıram.

Diqqətlə oxuyursunuz?

Hər bir sehrbaz hiyləsi üç hissədən və ya pərdədən ibarət olur. Birinci hissəyə “və’d, öhdəlik” deyilir. Bu hissədə sehrbaz sizə adi bir şey göstərir. Kartlar, bir quş və ya adam. O, bu obyekti sizə göstərir və bunun həqiqi, normal və adi bir şey olub-olmadığını görməyiniz üçün sizin gəlib bu obyektə yaxından baxmağınızı xahiş edir, amma əlbəttə bu göründüyü kimi adi deyil….

İkinci hissəyə “çevirmə” deyilir. Sehrbaz adi bir əşyanı göstərir və o əşya üzərində qeyri-adi bir fokus göstərir.. Hiylənin sirrini axtarmaq istəyirsiniz, amma tapa bilməzsiniz. Çünki diqqətli baxmırsınız. Çünki siz sirri bilmək yox, aldanmaq istəyirsiniz. Hələ alqışlamazsınız. Çünki nəyisə yox etmək kifayət etmir. Onu geri qaytarmaq lazımdı.. Bax buna görə hər sehrbazlıq pərdəsində 3-cü hissə olur. Yəni ən çətin hissə.. Sehrbazların dili ilə desək, Prestij hissəsi…