2011
Rejissor: Rövşən İsax,
Dram, Detektiv, Psixoloji
Film yazıçı İlqar Fəhminin eyniadlı romanın motivləri əsasında çəkilib.
Filmə dünən, premyerasından 1 ay sonra,8 apreldə, Cineline-ın təşəbbüsü ilə NİSA-da baxdım. Filmdə əməyi keçən hər kəsə və bizi filmi izləməyə dəvət edənlərə təşəkkür edirəm.
Film barədə ilk olaraq onu demək istəyirəm ki, son zamanlar izlədiyim yerli filmlər arasında ən yaxşı filmdir. Ən əsası müasir Azərbaycan filmlərinə xas aktyorların qeyri-təbii, cansız ifası bu film üçün xarakterik deyil.
Film rejissorun da dediyi kimi realist janrda çəkilməyib. Baş verən hadisələr xəyali xarakter daşıyır. Reallıqda belə bir hadisənin baş verməsi qeyri-mümkün görsənir.
Fimlin maraqlı ideyası var. Valideynlərin təkidi ilə sənət, peşə seçimi, şəxsi istəklərin nəzərə alınmaması gələcəkdə narazılığa, ən pis halda isə faciələrə səbəb ola bilər.
Filmin qısa sujeti belədir : Aktrisa olmaq həvəsi ilə yaşayan qadın, həyat yoldaşının qadağalarına boyun əyməli olur. Lakin sənətə olan qeyri-təbii bağlılığı onun və ətrafındakı insanların faciəsinə gətirib çıxarır.
Sonda polis aktrisanın faciəsindən dərs alır, oğlunu şahmata yox, həvəsi olduğuna görə, boksa göndərir. Bu son kadr, bu nəticə xoşuma gəldi..
Son dövr Azərbaycan filmlərinin səviyyəsini nəzərə alaraq “Aktrisa” filmini möhtəşəm ekran əsəri adlandırmaq olar.
Filmi izlədikdən sonra rejissor və ssenari müəllifi ilə tamaşaçılar arasında filmə dair maraqlı müzakirələr oldu.
Şəkilləri filmin feysbuk səhifəsindən götürmüşəm
Detektiv filmlərini hədsiz dərəcədə sevirəm. Mən də baxmaq istərdim, görəsən necəsə baxmaq mümkündür bu filmə? Və ya nə vaxtdan etibarən mümkün olacaq?
Dünən elə rejissorun özü də dedi ki, disklərin satışı ilə bağlı problem yaranıb. Dəqiq satış vaxtını öyrənsəm sizə xəbər edərəm.
Təşəkkür. :)
Bu kinonun premiyerasinda olmusam.Ve Ilqar Fehminin diger isleri oldugu kimi bu isi de cox gozel idi. Elbetde en cox beyendiyim aktyorlardan Fuad Poladov da burada rol almasi cox gozel idi.Bir de yazicini canlandiran aktyorun adini bilmirem,amma o da gozel oynayirdi.Bir tek Alesa Kacerin ifasini beyenmedim.Mence bu seviyyede yerli aktyorlar da oynaya bilerdi bu rolu. Birdeki yazi ile bagli cox konkret vermisiniz. Kinonun esas ideyalarini daha aciq gostermek lazim idi.Amma yene de teshekkur edirem.