Just Go With it
ABŞ
(ABŞ premyerası 11 fevral, 2011
Azərbaycan premyerası 24 mart-06 aprel, 2011)
Komediya, Romantik
İMBD xalı- 6.2/10
Redaktor- Dennis Dugan
Baş rollarda- Adam Sandler, Jennifer Aniston, Jessica Andres
Türklərin filmə verdiyi tərcüməni bəyəndim ( Hayatım yalan) Tam mövzuya uyğundu.
Təəssüratımı ilk cümlədən deyirəm: Öldüm gülməkdən :D Əsl romantik komediyadı!
Deməli, Deny McGabi illər əvvəl başına gələn bir hadisədən sonra “ağıllanaraq” tam başqa adam olur: ixtisasını dəyişib kordiologiyadan plastik cərrahlığa keçir, gündə bir qızla vaxt keçirir, hamısını da eyni yalanla ələ alır: qızlara yalandan evli olduğunu deyir. İllər əvvəl ona dərs olan həmin o hadisədən sonra nişan üzüyününü atmır və alyansın “gücünü” kəşf edir :D Qız tutmaq!!! (Məncə nişan üzüyünün bu funksiyasını bilsəydilər evli kişilər üzüklərini heç vaxt barmaqlarından çıxarmazdılar :D )
Doktor Deninin yalan üstündə qurulmuş bu həyatı beləcə davam edir, ta ki, gənc, gözəl və cazibədar Palmerlə (Jessica Andres) tanış olana qədər. Deni onu çox sevir və evlənməyi düşünür, amma Palmer təsadüfən onun daşıdığı saxta nişan üzüyünü tapır və Deni ona da “evli” olduğunu yalan da olsa deməli olur. Ən maraqlı hadisələr də bundan sonra baş verir :)
Ketrin( Jennifer Aniston) isə Deninin həm assistanıdır, həm də çox yaxın dostu. Onun bütün sirrlərini bilir, əməllərini ört-basdır edir və s. Ketrin “gözəlliyini kəşf etməmiş”, 2 uşaqlı tək anadır. Denini Palmerə danışdığı yalan evlilik hekayəsində “rol oynamalı” olur və onun cazibədar, amma dərman içməkdən ağlını itirmiş, dəlisov “yoldaşı” kimi özünü göstərir. Rolunu da əla oynayır. Üstəlik, Ketrinin uşaqlarını da bu oyuna qatırlar və hər şey daha komik və maraqlı alınır :)
Ən gülməli və ən romantik hadisələr Havayidə baş verir. Ketrinin balaca oğlunun istəyi ilə Havayiyə istirahətə gedirlər. Burada Deni sanki mənəvi cəhətdən dəyişilir və loru dildə desək, “adam olmağa” başlayır :) Necə və niyə? Ona filmdə baxın.
Ketrinin kollec illərindən bəri nifrət etdiyi Devlinlə ( Nicole Kidman bu rolu əla oynayır) Havayidə rastlaşması və ondan sonrakı əhvalatlar sizi bol-bol güldürəcək. Sonluğu isə çoc romantikdir <3
Film haqqında daha çox danışmaq istəmirəm. Gülmək, istirahət etmək və beyninizi dincəltmək üçün əla filmdir, mütləq baxın! :)
Filmin treyler və maraqlı səhnələri:
Görüntüləri və treyleri çox gülməli gəldi, postu da maraqlı yazmısan, baxacam :)))
Çox sağ ol Orxan :) Hə mütləq bax maraqlı filmdir. məndə yüklənmişi var verərəm baxarsan )
Türkcə dublyajdı səndə yoxsa türkcə altyazı?
Türkcə yoxdu ancaq ingiliscə.
Əla :))) “Hayatım Yalan” yazmısan, mən də elə bildim türkcə baxmısan
Türkan , can, filmi hardan yükləmək və ya online baxmaq olar?
Online baxsan cox yerde partlar yoxdu (en azindan men tapdiqlarim ele idi), hem de keyfiyyətdiz olur. Mən isohunt.com dan endirdim. Amma ancaq ingiliscedi subtitle de yoxdu.
Bax, bax maraqlı kinodu :)
Adam Sandlerın olmadığı kinoya gülməyib nə edəsən. :) Çalışacam baxım, Adam Sanlerın filmlərindən xoşum gəlir.
Filmdə ən çox xoşuma gələn cəhət, aktyor və aktrisaların rollarını çox təbii oynamaları oldu, elə bil real həyatdan qəhrəmanlar böyük ustalıqla işlərinin öhtəsindən gəlirlər :))
Indi baxdin filme? he cox maraqlidi :) insani turkler demis, dinlendire bilir :)
həə, nəsə tilsimə düşmüşdü baxa bilmirdim, əsl yay kinosudu :))