The Simpsons Movie

2007,

ABŞ,

Cizgi-Animasiya, komediya,

Rejissor: David Silverman

Bu vaxta qədər belə həvəs yaranmamışdı məndə hansısa filmi yazmağa.Və səbəbsiz də deyil. Times jurnalının 20-ci əsrin ən yaxşı televiziya serialı adlandırdığı və 13 fəsildir davam edən artıq 9 fəsilinə tam baxdığım Simsonlar televiziya serialının tam metrajlı kino versiyası məni bu film haqqında yazmağa vadar etdi.

Film satirik xarakter daşıyır və Amerika hökumətinə bəzi tənqidlər də göndərilir. Hər şey Homerin övladlığa götürdüyü donuzun artıqlarından ibarət böyük bir çəni Sprinqfild gölünə atması ilə baş verir. Əslində o həmin çəni şəhər kənarındakı artıq tullantı sahəsinə atmaq üçün yola düşmüşdü, lakin Homerə yolda bir zəng gəlir ki, şəhərdəki bir mağaza pulsuz Donuts (məşhur Amerika şirniyyatı) paylanır , buna görə Homer seçim edir və Donutsu seçib donuz artıqlarını gölə atır və göldə mutasiyon zəhərlənmə baş verir. Bu səbəbdən qubernator Schwarzenegger (burada Kaliforniya quberbnatorunun satirik obrazı canlandırılıb) şəhəri böyük şüşə qübbəyə salır və epidemiyanı yox etmək üçün insanları məhv etmək istəyir. Bu zamanda isə hər kəs Homerin günahkar olduğunu öyrənir. Homer isə aliləsi ilə birlikdə qaçır. Lakin Marga onu nəsə etməya təkid edəcəkdir və gülməli hadisələr bundan sora cərəyan edəcəkdir.

Filmdə istifadə olunan sitatlar həqiqətən çox gülməlidir. Homer xaraktercə Heç nəyi vecinə almayan həyatını pivəyə və Donutsa həsr eləmiş ailə başçısıdır, əsasən dəyişkəndir, amma ailəsini sevir və əsəbləşdikdə oğlu Bartı boğmağı xoşlayır. Filmdə ən sevdiyim səhnə Homerin “əgər şəhərdə tək qalsaydım nə edərdim?” sualı üzərinə kilsədə paltarsız rəqs etdiyi səhnə oldu )))

Ümumiyyətlə Simsonlar 13 yaşından kiçiklər üçün nəzərdə tutulmur. Tam olaraq sadə Amerikalı ailəsini əks etdirir. Müxtəlif siyasi sitatlar məşhur insanlara satirik yanaşmalar və s. Simsonlar tele serialı 25 “Emmy” 26 “Annie” mükafatının sahibidir və 2010 sorğusuna görə Amerikanın ən çox baxılan animasiyasıdır. Homerin sitatları başqa bir aləmdir))))) Onun indiyə qədərki ən sevdiyim cümləsi: “Marga, bir iş üçün çalışın və alınmadı burdan çıxan nəticə heç vaxt çalışma” =)