The Tourist

2010,

ABŞ,

Gərgin, Komediya,

Rejissor: Florian Henckel  von Donnersmarck

Demək olar ki, indiyə qədər baxdığım novella xarakterli filmlər arasında ən gözəlidir. Filmin yalnız afişasındakı baş rol qəhramanlarının Coni Depp və Angelina Coli olduğunu görəndə bu filmin maraqlı olduğuna əminlik yaranır.

Film Parisdən başlayıb Venesiyaya qədər davam edir. Polis, qanqsterlər, gözəl qız Elis və sadə bir turist Frenk. Elis həm sevdiyi, həm 14 ölkədə axtarışda olan, həm də əslində cinayətkar olan öz bank müdürü Şov-dan oğuladığı 744 Milyon İngilis Funt Sterlingi ilə Venesiyada olan Aleksandr Piis ilə göruşməyə tələsir. Və qatarda həyat yoldaşını 3 il əvvəl avtomobil qəzasında itirmiş Amerikalı Frenk ilə tanış olur…

….və ona aşiq olur.

lakin o tək deyil. Bütün Polislər, Cinayətkarlar Elisi və Frenki izləyirlər və Aleksandrı tuta bilmirlər. Əslində isə yuxarıda qeyd etdiklərim göründüyü kimi sadə deyil. Film sona qədər insanı maraqda və gərginlikdə saxlayır. Filmin ən maraqlı və mülahizələri alt-üst edən hissəsi onun sonudur.

Filmin sonunda görsənir ki, rejissor hətta izləyicisinə belə tələ qurub. Filmin digər diqqətimi çəkən hissəsi filmdə olan musiqidir həqiqətən diqqətə layiqdir. İtaliya, onun ən gözəl şəhərlərindən olan Venesiya, Coni Depp və Angelina Coli. Həqiqətən baxmağa dəyər bu filmə..