How to train your Dragon

2010,

Amerika istehsalı,

3D, Animasiya, komediya,

Dreamworks studiyası,

Shrek və Kung Fu Panda-nın yaradıcıları tərəfindən,

Söhbət Vikinqlərdən gedir. Həmişəki mövzudu, amma bir az fərqli, yəni burda əjdahalar da var. Vikinqlərin güclü başçısı, onun ağıllı balaca oğlu və digər vikinqlər. Bir də əsas oğlanın “like” elədiyi kəndin ən “cool” qızı ; )

Əvvəllər “trt”-dən vikinqlərin cizgi filminin bütün seriyalarına baxırdım. Bu kino bir az da həmin günləri yada saldı.

Shrek, Kung Fu Panda, Incridibles, Madagascar, Toy Story kimi qlobal bəyənilən animasiyalarla ilk sıraları bölüşəcək keyfiyyətdədi. Məni darıxmağa qoymadı, filmin sonuna kimi nəticə tamaşaçıya sirr olaraq qalır.

Uşaqlı böyüklü ailəlikcə bir yerdə baxılası əyləncəli animasiyadı. Kinoda bir-birindən güclü əjdaha personajları və qəşəng arena döyüşləri var.

Onlardan ən güclüsü isə “Gecənin Qəzəbi” ləqəbli əjdahadı….

Ölçüləri:          Məlum deyil

Görnüşü:         Məlum deyil

Sürəti:             Məlum deyil

Silahı:              Məlum deyil

Heç vaxt hədəfindən yayınmır və indiyə kimi heç bir vikinq nə onu tuta bilib nə də görə bilib.

İndi görəsən vikinqlər qalib gələcək yoxsa əjdahalar?

Süjet xəttini təxmini bildiniz, hə? Amma yanılırsınız. Hadisələr sizin fikirləşdiyiniz kimi olmayacaq…..

Trailer