V for Vendetta

2005,

Almaniya, İngiltərə, ABŞ birgə istehsalı,

Rejissor: James McTeigue,

Janr: Fantastik, Döyüş, Triller,

İngiltərə xaos içindədir ve bu dönəmdə bir gecə Londonda “V” adında bir doyuşçü meydana çıxır. Bu döyüşçü xalqa əllərindən alınmış azadlığını qaytarmaq üçün mövcud rejimlə mübarizəyə başlayır. Filmin Şüarı belədir: ” Xalq öz hökümətindən qormalı deyil, hökümət öz xalqından qorxmalıdır.”

Məncə, film çox gözəl çəkilib. İdeya və çəkiliş baxımından çox dəyərli filmdir. Filmi bu qədər dəyərli edən bütün film boyunca çoxlu effektli, düşündürücü və doğru cümlələrdən istifadə edilməsidir. Filmi tam başa düşmək üçün ya da eşitdiyini tam dərk etmək üçün bəlkə də filmə dəfələrlə baxmaq lazımdı.

Filmdə bu fikir lazımi qədər yaxşı təsvir olunur: İnsanlar fikirləşirdilər ki, vəziyyət daha pis ola bilməz… amma onlar yanılırdılar. İnsanlar bilir ki, onlara yalan danışırlar, amma onlar hələ də naməlum nəyəsə inanırlar… Filmdəki baş rollardan birini ifa edən Leon filmindən tanıdığınız Mathilda-dır. (Natalia Portman)

“Bu ölkəyə binadan daha çox önəmli olan bir şey lazımdır, ona ümid lazımdır…” Amma bu səhnəyə baxanda öz-özümə “Heyif ” dedim..

Əgər həqiqətən düşündürücü bir filmə baxmaq istiyirsinizsə, bu film çox yaxşı seçimdir.

Trailer

Xalq öz Hökümətdən qorxmalı deyil, Hökümət öz xalqından qorxmalıdır.