3-IRON

BOŞ EV

2004
Dram
Rejissor : Kim Ki Duk
Ssenari : Kim Ki Duk
Baş rollarda : Hyun-kyoon Lee , Seung-yeon Lee
Müddət : 88 dəq
Ölkə : Cənubi Koreya , Yaponiya.

Nailiyyətləri : Venetsiya festivalında dörd müxtəlif mükafatın sahibi ,Golden Spike-Valyodolid film festivalı ,FİPRESSİ San-Sebastyan film festivaslı

Film haqqında – Tənha motosikletçi oğlanın qəribə işi var. O, boş evlər tapır. Yəni ev yiyələri müəyyən səbəbdən evdə olmur və oğlan bu evdə bir gün qalır, yeyir, yatır, öz paltarlarını yuyur və evdən heç bir əşya oğurlamadan çıxıb gedir… yeni ev axtarmağa. Yeni ev tapır, qapını öz qapıaçan alətləri ilə açır, yemək yeyir, yatır, paltarlarını yuyur, hətta evdə olan sınıq əşyaları da düzəldir və bir gününü yola verdikdən sonra gedir, yenisini tapmağa. Bu qədər sadə… Və bir dəfə də bu boş evlərin birinə girərkən orda bir qızla rastlaşır. Bundan sonra film maraqlı məcra almağa başlayır. Davamını danışmayacam, çünki baxmaq lazımdır…

Antonioninin “BLOW-UP” filmindən sonra baxdığım ən qüsursuz film.. Rejissor işi gözəl, ssenari gözəl. Söz tapmaq olmur. Səmimi deyirəm, mənəvi cəhətdən inkişaf etmək istəyirsizsə bu filmə baxın. Az da olsa sizin inkşafınıza təsir edəcək. Filmdə demək olar ki, dialoqlardan istifadə olunmayıb. Bir növ Lal filmdir, amma aktyor oyunu o qədər maraqlıdır ki, dialoqsuz danışıqları hiss olunur.

P.S Və filmə baxdıqdan sonra qolf oyununun qeyri-adi varyantını kəşf edəcəksiz…