Ətir: Bir Qatilin Hekayəsi
2006
ABŞ, Almaniya, Fransa, İtaliya
İMDB xalı- 7.5/10
Patrik Züskind-in ” Das Parfum” romanı əsasında
Bu filmə çoxdandı baxmaq istəyirdim. Amma unutmuşdum. Jalanın bir statusunu görəndən sonra yadıma düşdü.
Keçmişin ruhunu daşıyan filmləri çox vaxt bəyənirəm. Bu da həmin filmlər siyahısına daxil oldu. Qeyd edim ki, çox xüsusi bir filmdi. Film 18-ci əsr Fransasında baş verən bir əhvalatı canlandırır.
Filmin baş qəhrəmanı Jan Baptist Qrenoyl dünyadakı bütün insanlardan fərqlənir. Yetimxanada böyüyən Janın anadangəlmə bir istedadı var. Güclü, çox güclü iybilmə qabiliyyəti. Onun öz dünyası var. Yalnız ətirlərdən ibarət bir dünya.
Janın 12-13 yaşı olanda yetimxana onu başqasına satır. O çox ağır şəraitdə işləyir və təsadüf nəticəsində keçmişin çox məşhur bir ətriyyatçısı ilə tanış olur.( Bu kişi ətri duymaq üçün maraqlı üsuldan istifadə edir. Əvvəlcə burnunu tutub ətirdən bir neçə damcı dəsmala tökür. Sonra (burnunu açıb =)) dəsmalı havada yelləyir.) Janın istedadı kişini heyrətə gətirir və Jan onun köməkçisi kimi işləməyə başlayır. O Jana ətirlər barədə bildiklərini danışır. Mənə çox maraqlı gələn bir hissəni sizlə paylaşıram.
“Hər bir parfüm musiqi əsərinə bənzəyir. Ona dörd fərqli ətir və ya not daxildi. Hər parfümün üç nöqtəsi var. Zirvəsi, qəlbi və təməli. Hamısı birlikdə 12 nota bərabərdi. Zirvə hissəsi ilk təəssüratı oyadır və təsiri yalnız bir neçə saniyə davam edir. Sonra təsiri bir neçə saat çəkən qəlb hissəsi gəlir. Təməldə isə təsiri bir neçə gün davam edən parfümün izi dayanır. Qədim misirlilər bu ətirlərə əlavə olaraq birini də yaratmaq istəyiblər. Əfsanəyə görə, bir misir fironunun məzarı açıldıqda ətrafa elə möhtəşəm bir ətir yayılmışdı ki, bütün dünya insanları özlərini cənnətdə hiss etmişdilər. On iki ətir müəyyən olunub. Amma on üçüncüsü əsla tapılmayıb.”
Bu sözləri deyərkən o ağlına belə gətirməzdi ki, əsla tapılmayan ətri məhz qarşısında durmuş bu oğlan ixtira edəcək. Bu ətir Papanı belə onun qarşısında diz çökdürəcəkdi. Ona bir növ tanrı qüvvəsi bəxş edəcəkdi.
Jan, əslində, xəstə idi. Ətir xəstəsi. Onu qadınlara cəlb edən onların gözəllikləri, qarşı cinsə duyulan maraq deyildi. Onu cəlb edən və qatilə çevirən qüvvə onların ətri idi.
Filmə baxmağı tövsiyyə edirəm. Çox şey öyrənəcəksiz və dünyaya bir “ətir adamı”nın gözləri ilə baxa biləcəksiz. Filmə baxanlara və gələcəkdə baxacaq olanlara sual vermək istərdim. Dünyaya Janın gözləri ilə baxsanız ona haqq qazandıra bilərsiz? Sonda əldə etdiyi nəticəyə dəyərmiydi etdikləri?
P.S. Ətriyyatla maraqlanan varsa bu yazımda maraqlı məlumatlar tapa bilərsiz :)
Maraqlı postdu :) kinodan başqa, romanını da tapıb oxumaq lazım :)
Əsər yazıçının özünün də dediyinə görə kinodan 100 dəfə daha təsirlidi, ən başlıcası ona görə ki, əsəri oxuyanda dünyaya fərqli gözlə baxa bilirsən, amma kino təbii olaraq o təsiri nisbətən zəif verir.. Üstəlik əsəri oxuyanda baş qəhrəmanın iylər haqda hissiyatını heç özünün də başa düşməyəcəyi tərzdə qavrayırsan, kinoda isə yox.. Ümumən hər ikisini, əsəri də, kinonu da şedevr saymaq olar :)
Təşəkkür=)
İkinci dəfədi, Türkana cavab yazıram sənə gəlir :S
Kitabı maraqlı gəldi. Mən də oxumaq istərdim
Maraqlı kino, oxunaqlı yazı, təşəkkür.
(Linkin textini url-yə kopyalamaq lazımdı, bu halda on-clickdə olmayan səhifəyə yönlənir.)
Sağ olun,fikir verməmişdim heç. Düzəltdim =)
Mən də dünən bu haqda facebookda yazmışdım :) Sevindim bu postu görüb, çox sagol, film başlayan kimi oğlandan xoşum gəlmişdi.
Məncə çox nadir filmlərdən biridir, mütləq baxılmalıdır. 12 not məsələsini anlamadım :(
Romanının elektron versiyasını tapdım və oxuyacam, görək əsərlə film arasında nə qədər fərq var :) Təşəkkürlər.
Hə,Jala.Burda yazdığım kimi,elə sənin statusunda gördüm yadıma düşdü. Mən belə anladım. Dörd fərqli ətir(iy mənasında) var. Onların hər birinin də 3 nöqtəsi olduğundan üçü dördə vuraq edir on iki :) Not sözünü bir növ metafora kimi işlədir. Axı ətri musiqi əsərinə bənzətmişdi.
Əsər mənə də çox maraqlı gəldi. Amma elektron oxuya bilmirəm də :( e-booklar yadımda qalmır nədənsə. Kitaba toxunmaq, işarələmək istəyirəm. Köhnə kitab olsa da lap əla))
Oxuyub şərh yazdığın və paylaşdığın üçün sənə təşəkkürlər :)
Heyif ki, hələ filmə baxa bilməmişəm, əsərini oxumağıma baxmayaraq (yarımçıq) yazı kinoya baxmağa həvəsləndirdi.. Kinosunun başlanğıcına baxmışdım bir az, amma əsərdəki effekti almaq mümkün olmadı, çünki əsərdə qoxular mükəmməl işlənib, amma filmə baxanda elə bil üstündən ötürsən..
Əslində, filmə çox pis keyfiyyətdə baxdım :S O qədər maraqlı idi ki, mənə bugün mütləq baxmalı idim. Ona görə məcbur elə baxdım.
Əsəri oxumadığımdan müqayisə apara bilməyəcəm. Amma baş roldakı aktyor gözəl ifa edirdi. Tükürpədici səhnələr də çox idi
Əsəri sona kimi oxumağı məsləhət görürəm. Peşman olmazsan, Orxan.
Kino – əsərlə müqayisə oluna bilməz. Patrik Züskind-ə RESPECT !
Məsləhətini dəyərləndirəcəm, Turqut.
Salam. Əvvəla bu filmi burada paylaşıb məsləhət etdiyinizə görə çox sağolun. Həyatımda unutmayacağım filmlər sırasına daxil oldu.. Mühazirədə arxa cərgədə oturub qulaqcıqları taxıb filmin sonunu böyük maraqla gözləyirdim. :)
Gümüşün sözünə qüvvət filmdəki səhnələr hərdən insanı qorxudurdu.. Çaş-baş qalmışdım. İlk dəfə idi ki filmdə qatilin tərəfində idim, sonluq isə ən gözlənilənlərdən idi…
Sondakı sualına cvb olaraq isə deyim ki.. Bəli dəyərdi..
Salam. Oxuyub fikir bildirdiyinə görə sağ ol, Mələk :) Bəyəndiyinə sevindim.