Category Archives: Yerli

“Sahə” filminin nümayişi və İlqar Safat ilə görüş

Cineline bir müddətdən sonra yenidən fəaliyyətə başlayır. Növbəti nümayiş AFU-Azad Fikir Universiteti ilə əməkdaşlıq çərçivəsində keçirilir. Nümayiş olunacaq film İlqar Safatın “Sahə” filmidir. Dram janrında olan film məşhur fotoqraf və nişanlısı mübahisə edərkən yol-nəqliyyat qəzasına düçar olduqlarından polis SAHƏ-sinə düşürlər. Burada, nişanlısına olan inamsızlığa istinad edərək fotoqraf öz daxilində uşaqlıqda qazanılan bir fobiyanı aşkar edir. Uzun illər

Continue Reading →

Günaydın, Mələyim!

İstehsal: 2008 ~ Azərbaycan Növ:  Dram, Musiqili Məhəbbət Ssenari müəllifi: Oqtay Mirqasımov Rejissor:  Oqtay Mirqasımov Operator:  Rafiq Quliyev Rəssam: Mayis Ağabəyov, Nazim Bəykişiyev, Rafiq Nəsirov, İsmayıl Məmmədov, Mirnadir Zeynalov Bəstəkar:  Elmar Fel Rollarda: Ayan Mirqasımova (Mədinə), Bəsti Cəfərova (aktrisa Sahibə), Həmidə Ömərova (Mədinənin qonşusu), Gülşad Baxşıyeva (Raya), Fuad Poladov, Telman Adıgözəlov (teatr rejissoru), Qurban İsmayılov (Sabir),Elnur Kərimov (Rəhman) Çoxdandı belə gözəl Azərbaycan

Continue Reading →

İlahi Məxluq

2011, Azərbaycan, Dram, Rejissor və Ssenari müəllifi: Yavər Rzayev, Filmin bəstəkarı: Siyavuş Kərimi, Quruluşçu rəssam: Rafiq Nəsirov, Rollarda: Nurəddin Mehdixanlı, Vəfa Zeynalova, Münəvvər Əliyeva, Corc Qafarov və başqaları.. Dünən, 19 aprel, Azərbaycan kinoteatrında “Bizim kino” Prodüser Mərkəzi və “Yaddaş” sənədli filmlər studiyasının birgə istehsalı olan “İlahi Məxluq” bədii filminin premyerasında oldum. Film çox xoşuma gəldi,

Continue Reading →

Aktrisa

2011 Rejissor: Rövşən İsax, Dram, Detektiv, Psixoloji Film yazıçı İlqar Fəhminin eyniadlı romanın motivləri əsasında çəkilib. Filmə dünən, premyerasından 1 ay sonra,8 apreldə, Cineline-ın təşəbbüsü ilə NİSA-da baxdım. Filmdə əməyi keçən hər kəsə və bizi filmi izləməyə dəvət edənlərə təşəkkür edirəm. Film barədə ilk olaraq onu demək istəyirəm ki, son zamanlar izlədiyim yerli filmlər arasında

Continue Reading →

Absurdistan

2008 Almaniya Komediya Rejissor: Veit Helmer Əvvəlcədən deyim ki, kino çox xoşuma gəldi. Dünən Cineline-ın facebook səhifəsindən xəbər tutdum ki, sabah Absurdistan filmini İnsan Hüquqları Evində nümayiş etdirəcəklər, həm də ödnişsiz. Həm filmin mövzusu, həm də vaxtın münasib olması kinoya getməyə əsl şərait yaratdı. Keçək filmə. Deməli alman rejissoru belə bir əhvalat eşidib ki, türkiyədəki

Continue Reading →

Qara Bazar

Qara Bazar, 2010, Nadir Muqbilov-un filmi, Real hadisələr əsasında lentə alınıb. Bu filmi çəkməmişdən qabaq operator Rafael Salamzadə və işıqçı Məmmədhüseyn Səmədovla bir yerdə öz kaskadior qrupumla birgə reklam roliki kimi döyüş tryukları çəkdik. Çəkiliş üçün yer təyin edəndən sonra getdik Rafaelgilə. Yolda köhnə dostum Mansurla rastlaşdıq. O, bizi ofisinə dəvət etdi, çay süzdü. Mansur

Continue Reading →

Prokuror

2009, Azərbaycan istehsalı, Nadir Muqbilovun rejissorluğu ilə, Filmin yarımbaşlıqları başlayanda demək olar ki, film artıq başlayır. Kadr gedə-gedə musiqi əvəzinə balaca bir qızcığazın atası ilə söhbəti eşidilir. Bu dialoqda uşaq atasından xahiş edir: “Ata, mənə video (maqnitofon) al. Çoxdandır söz vermisən, amma hələ də almamısan.” Bu replika demək olar ki, filmin gizli qapısının açarı rolunu

Continue Reading →

Yaddaş

2010, Azərbaycan istehsalı, Vahid Mustafayevin rejissorluğu ilə, Dram, Triller, Döyüş, Tarixi, Müharibə, Musiqisi: Yaşar Baxış, Filmə bu gün Bakı Kinoteatrında baxdım. Filmdə 1991-ci ildə Qarabağ müharibəsində və 2010-cu ildə Bakıda baş vermiş hadisələr canlandırılıb. Kino Qarabağ müharibəsi haqqındadı, dörd dost Azər və Arzunun nişanını keçirtmək üçün Qarabağa gedirlər. Süfrə arxasında bunu qeyd etdikləri vaxt erməni

Continue Reading →