Get Him to the Greek

2010,
ABŞ,
Komediya,
Nicolas Stoller-in rejissorluğu ilə,

Çoxdandır ki ABŞ komediya janrında belə gülməli film çəkmirdi. Mənə görə 2010-un ən gülməli filmi Get Him to the Greek filmidir.

Filmin mövzusu – bir musiqi şirkətinin dünyada qalan son rock ulduzlarından biri olan Aldous Snow-un 1999-cu ildə verdiyi böyük konsertin 10 illik yubileyini keçirmək istəməsidir. Ancaq bu işi görəcək olan Aaron Green narkotik və içki düşkünü olan Aldous-u Londondan konsert keçirilən yerə gətirmək üçün etmədiyi əməl qalmır :)

Filmdə maraqlı obrazlar var, ən xoşuma gələn musiqi şirkətinin sahibi oldu. Onun danışıqlarına, mimikalarına fikir verin, rolunun öhtəsindən çox məhatərlə gəlir :) Filmdə real ulduzlar da yer alıb, bu filmi daha canlı edir.

Filmdə baş rollları real rock ulduzu olan Russell Brand və aktyor Johan Hill oynayır. Bir növ avtobioqrafik filmə oxşayır. Bu filmə musical da demək olar. Son bir neçə gündür ki ancaq bu filmin soundtrack-lərinə qulaqasıram demək olar ki. Musiqilər Russell Brand-ın öz musiqiləridir. Bir də filmdə içki və narkotik bir qədər çoxdur, eyni zamanda intim səhnələr də. Ancaq bunu film çəkməyin incəsənəti kimi qəbul etmək lazımdır fikrimcə. Necə ola bilər ki vecsiz rock ulduzu olan yerdə belə şeylər olmasın? :)

QEYD: 2011-ci ilin ilk postunu yazdığım üçün qürur hissi keçirirəm :) ümid edirəm kino xoşunuza gələcək..