1999,
Amerika filmi,
David Fincherin rejissorluğu ilə,
Dram, Sirrli, Triller janrında,
IMDB-də 8.8/10 xalla 18-ci sırada,
Yenə “David Fincher”in özünəməxsus stili, həmişəki kimi yağış, bulanıq hava və qaranlıq çirkli səhnələr. “Seven” kinosunda da tamaşaçı axıra kimi nə olacağını bilmirdi, “The Social Network” də final maraqlı oldu. Eləcə də bu filmdə..
Əslində bu haqqında şərh yazılası kino deyil, bir sözlə wow! Rahatlıq hissi verən kinodu, ona görə yox ki, dərin mənalı, gözəl mesajlar verən, ürəkaçan görüntülərlə doludur, dediklərimin heç biri yoxdu.. əsas ona görə ki, insanın əhəmiyyətsiz şeylərə fikir verməyib, hədəfə doğru fikrini cəmləməyin əslində etmək istədiyi şey olduğunu, və nə qədər “cool” olub olmayacağın tam özündən asılı olduğunu göstərir. Bu işdə sənə heç kimin kömək etməyəcəyini də bilirsən. Hər vəziyyətdə ancaq özün özünə kömək edəcəksən. Əsas ideya kinonun axırında açılır, amma bunun da finalı “Shawshank” kimidi, danışsam və ya ipucu versəm kinonun bütün dadı qaçar.
Aktyorlar da canlandırdığı tiplərlə kinonu maraqlı etdi. “Brad Pitt”in ifası həmişəki kimi yüksək peşəkar.. “The Incridible Hulk” filmində baş rolu ifa edən “Edward Norton”, bir də “Helena Bonham Carter” – dayanmadan siqaret çəkən maraqlı bir tip.. “Requiem for a dream” kinosundakı baş rolundan fərqli olaraq burda “Jared Leto”nun səhnə yükü çox az idi.
Baş qəhrəmanın kim olduğunu axıra kimi bilməyəcəksiniz. Kinonu diqqətlə izləyib birinci dəqiqəsindən başa düşməyə çalışmayın, finalı gözləyəcək qədər səbrli olun.. “Seven”dəki kimi kinonun bitməsinə 20 dəqiqə qalmış düyünlər açılmağa başlayır, bax həmin vaxt dialoqları qulaqardı etməyin, və olanların özünüz haqda deyildiyini fikirləşin. Bu elə filmdir ki, tamaşaçı bir dəfə baxıb unutsa ya filmi ya da özünü axmaq kimi hiss edəcək. Baxdıqdan sonra kinoda baş verən əvvəlki səhnələri analiz etsə özünü ağıllı, ikinci dəfə baxandan sonra isə özünü filmin rejissoru kimi görəcək.
Qeyd: Bir də çalışın kinoya tam baxıb qurtarmamış nəyin düz nəyin səhv olduğu haqda mühakimə yürütməyəsiniz.
Qanlı, iyrənc, qismən 18+ səhnələri görüb filmi yarımçıq saxlayacaqsınızsa, deməli bu kino sizlik deyil.Ona görə bir az baxıb yarıda saxlamaqdansa heç baxmasanız daha yaxşıdı.
Əgər DVD-də yox online izləsəniz çalışın keyfiyyəti yaxşı olsun, yeni çıxan film olmadığı üçün bu kinonu bir çox sayt DVD keyfiyyətində yerləşdirib.
Qeyd: Film haqda Aytənin bloqunda da maraqlı yazı var =)
Wow Orxan bu sefer lap lap super yazmisan. filme əla maraq oyandıra bilmisən. Təbriklər :)
Çox sağ ol, təşəkkürlər :) Kinoya bax, sonra bəzi yerlərini də danışaram, əvvəlcədən desəm filmə fokus ola bilməyəcəksən
Film başdan başa “25-ci kadr”la doludur. Əgər filmə diqqətlə baxsanız və baxdığınız videonun keyfiyyəti yaxşı olsa bu hiss edə biləcəksiniz.
Bilirəm, amma onları deyib filmə baxacaq oxucuların fikrini dağıtmaq istəmədim, ən nəzərə çarpanlardan biri filmin əvvəlindədi, sonra axırlara yaxın kafedə arxada tərpənməyən adam var telefonla danışan, sonra ölən birinin nəfəs alması göstərilib. Amma inanmıram ki, açıq aydın göstərilənlər qüsur olsun, yəni David Fincher nəzərə almasın )) İndiki filmlərdə məncə qadağan olunub 25-ci kadr.
Deyəsən. İnsan beyninə təsirləri olduğu üçün qadağa olunub. Bizim vikidə o haqda olmalıdır.)
Qəşəng)) Oxuyaram.
“Bu elə filmdir ki, tamaşaçı bir dəfə baxıb unutsa ya filmi ya da özünü axmaq kimi hiss edəcək. Baxdıqdan sonra kinoda baş verən əvvəlki səhnələri analiz etsə özünü ağıllı, ikinci dəfə baxandan sonra isə özünü filmin rejissoru kimi görəcək.”
Kinoya dünən baxdım və bu şərhini indi başa düşdüm :) Bir az “Beautiful Mind” ı da xatırlatdı bu film.
Mən bəyənmişdim kinonu, amma bu qız kinosu deyil)) Bəyəndin?
Mukemmel filmdi… Insanlara meneviyyatlarini maddiyyata satmamali olduqlarini gosterir bir nov. Esyalarin qulu olub heyatin gozelliyini unuduruq bezen biz insanlar. Tayler demishken sevmediyimiz ishlerde bize lazim olmayan esyalari almaq ucun gece gunduz calishiriq ,teessufler olsun ki
Taylerdəki o sərbəstlik… o deyir ki, hər şey sənin əlindədi, bir az sakitləşsən sən də sərbəst olarsan.. Həm də ev məsələsini filmə baxdıqdan sonra xronoloji ardıcıllıqla analiz etmək də maraqlı gəlir..
Pingback: Snatch : Kinoklik
Bu film barədə mənim təəssüratlarım yeni deyil. Beləki bu filmə mən yeni baxmamışam. Amma film haqqında mənim çox müsbət fikrlərim formalaşıb baxdığım zamandan. Yuxarıda film üçün verilmiş tamaşaçı rəyi isə filmi bir daha canlandırdı gözümün qarşısında. Yazıda da deyildiyi kimi, film haqqında deyiləcək ən təsirli söz “wow”dur. fəlsəfəsi olduğuna inandığım filmlərdəndi.
Sadiq, mən də sənin qrupa üzv olduğunu bu gün öyrənmişəm =) Amma əhsən, qaydaya əməl etmisən. Döyüş Klubunun birinci və ikinci qanunu: Bu haqda heç kimə danışma ;)
Hə görünür filmin “damarını” tutmuşam =))
Pingback: King’s Speech : Kinoklik
Mən bu film haqqında sadecə super sözünü deyə bilərəm
David Fincher ve Brad Pitt ikilisinin ikinci muhum fimi..Edward Nortonun American History X filmindeki mene gore izleyenler biler Oscara layiq mukemmel performansindan sonrada yene ozunu zirvede tutan bu performansini gosterdi..Brad Pitt mene ele gelir ki,Tyler Durden rolu ile artiq bir ikona halina geldi,qirmizi jaket,rengli t-shirt,boz salvar ve daginiq saclar..David Fincher izlemek eslinde insanlar ucun bir hezzdi men ele dusunurem..Seven,The Game,Fight Club kimi mohtewem filmlerde o qaranliq atmosferi yaratmaq her rejissorun isi deyil..Vallah men bu filmi izlerken ozumu sanki dunyadan qovulmus,oz dunyasinin Krallari olan bir cemiyyetde hiss etdim..Her neyse sozun qisasi Bu film haqqinda danismaq coox uzun cekeceyinden ona gorede reyimi Tyler Durden-in bir sozuyle bitirim..Sahip olduqlarin sonunda sene sahip olur.Dusunmeye deyer:)
Bu kinonu bəyənməyənlər çox azdı :)
bu kino en yaxshı filimlerden biridir .bir defe baxmaqla kifayetlenmek olmaz mence 2defe de azdır kinonu seyr etmek