Cem Yılmaz – Soru & Cevap

2010,

Türkiyə,

Komediya, Stand Up,

Cem Yılmaz,

Söhbət Cem Yılmaz və onun stand up şousundan gedirsə artıq şərh yazmağa ehtiyac yoxdur. Bu dəfəki mövzunu Cem Yılmaz bir çox universitetlərində tələbələrlə sual-cavab əsnasında qurub. Əvvəlki şoular da bizi gülməkdən qırırdı, indiyə kimi zarafatarın çoxunu yeri düşəndə işlədirik:) Türk dilini zəif bilirsinizsə yəqin o qədər də gülməli olmaz, həm türkün düşüncə tərzini də yaxşı bilmək lazımdı:) Balacalarla və böyüklərlə baxmağınızı məsləhət görmürəm, çünki ən gülməli zarafatlar elə “beldən aşağı” olan zarafatlardı.. Yaxşısı budu tək baxın, çünki onlarda söyüş sayılmayan sözlərin çoxu bizdə söyüşdü. Məsələn: onlarda… yox yazmayacam:))

Maşınlara marağınız varsa buna da baxın:))

Bu dəfəki şouda ingilis dili ilə bağlı zarafatlar daha çox idi, “neither… nor”, “I shan’t” və s.:)) Bir də tam versiyaya bu linkdən baxa bilərsiniz.