Cloudy With a Chance of Meatballs

2009,

Amerika,

Cizgi-animasiya,fantastik, macəra,

Judi Barretin eyniadlı uşaq kitabı əsasında,

Sony Pictures Animation,

İMDB xalı – 7.2 /10

Filmin şüarı belədir: “Yemək ziyafətinə hazır olun.”

Fantastika,  həyəcan və macəra axtarırsan? Onda bu yemək yağışından bir pay da sən götür.

Bizim dilə film ” Küftə Buludu” kimi tərcümə etmək olar. Amma məncə, ” Küftə Yağışı” və ya ” Yemək Yağışı” daha yaxşı variantdı.

Flint Lockwud-un uşaqlıqdan cəmi bir arzusu olub- ixtira etmək. Yaşıdları futbol oynayanda o öz otağına qapanıb yeni ixtiralar üzərində işləyir. Hər ixtirası da yeni bir uğursuzluq və hər uğursuzluq daha böyük problemlər yaradır :D

Məsələn, birinci ixtirası “spray-on shoes”- sprey ayaqqabıları ixtirası onu ömrü boyu sprey ayaqqabılarına məhkum edir:D Amma pis olmur. Zərli-filan:D

Az qala bütün cümlələrin sonundakı smayliklərdən görürəm, film məni doğrudan əyləndirib))

Çox cəhd edir. Sprey ayaqqabılar, uzaqdan idarə edilən televizor, saç çıxaran sprey, yarasa siçanlar, meymun fikrini oxuyan cihaz…

Neçə illik uğursuz cəhdlərdən sonra Flint axır ki, hamının həyatını müsbət istiqamətdə dəyişən bir cihaz  ixtira edir.Bu ixtira sayəsində filmi izləyənlər heç vaxt görmədikləri maraqlı səhnələrə şahid olacaqlar. Flintin son ixtirası suyu yeməyə çevirə bilən cihazdı. Bir sözlə, buluddan yağış yerinə yemək yağacaq.

Yeməkdə sardin balıqlarından başqa heç bir seçimi olmayan qəsəbə sakinləri üçün bu yemək yağışı əsl cənnət həzzi olur. Təsəvvür edin. Hava məlumatında deyilir.” Bu axşam hava buludlu olacaq. Mərkəzi Aran zonasında gürcü xəngəli, dağlıq və dağ ətəyi bölgələrdə isə nisbətən yüngül, spaqetti yağışı gözlənilir. Evdən çıxarkən boşqab, çəngəl-bıçaq götürməyi unutmayın.” :D

Filmdə ən sevdiyim səhnə Flintin balaca Kal-a ad günü hədiyyəsi idi- Dondurma yağışı:)

Flintin bığ xəstəsi meymunu Stiv də filmə xüsusi əyləncə qatır.

Bir də Flintin Semə (sevdiyi qız) hazırladığı jelatin sürprizini mütləq görməlisiz:)))

Trailer