She’s out of My League

2010,

Amerika,

Romantik, Komediya,

Rejissoru: Jim Field Smith,

Filmin şüarı belədi: 10 xallıq biri 5 xallıq biri ilə necə sevgili ola bilər?

Filmin əsas çatdırmaq istədiyi mesaj özünə inam haqqındadı. Yəni münasibətlərdə.. “She is out of my League” bizim dilə tərcümədə yəni “Bu qız mənlik deyil” Yəni “Bu qız mənimlə müqayisədə çox mükəmməldi”, ya da “Bu qızla müqayisədə mən heç nəyəm” Hər nəysə.. Kino onu çatdırmaq istəyir ki, Özünüzə güvənin, sistemə inanın, o hər şeyi həll edəcək.. Özünə inamsızlıq qızlı oğlanlı hamıda var, bu da xalı aşağı salır =) Yeri gəlmişkən özümə 9/10 xal verirəm =)))

Maraqlı romantik komediyadı, romantik tərəfi o qədər də çox deyil, ona görə daha da xoşuma gəldi. Yeni film olduğu üçün müasir tipli zarafatlar çoxdur. Trailerin axrında görəcəksiniz Joe Molly-nin atasına niyə salam verə bilmir, burda qısadı, kinoda daha ətraflıdı o səhnə, hələ it var orda, bəlkə qızlar başa düşmədi, amma həmin səhnədə oğlanların güləcəyinə tam zəmanət verirəm =)

Maraqlı bir şeyə də rast gəldim, Kick-Ass və bu kino 2010-da çəkilib, orda birinin Myspace-də 37 dostu var idi, burda da birinin Facebook-da 37 dostu.. Bilmirəm təsadüfdür ya nədi, amma sosial şəbəkələrdə 37 və daha az dostu olan birinə “cool” baxmırlar nəysə =) Həmçinin həddindən artıq dostu olana da bir az qəribə baxırlar.

Trailer