Aviator

2004,

Amerka istehsalı,

Martin Scorsese-in rejissorluğu ilə,

Avtobioqrafik dram,

Bu filmə baxdıqda ilk növbədə güclü xarakterli bir isanın həyat dramına şahid olacaqsız. Hər bir insanın arzu etdiyi həyat və gözlənilməz sonluq. Budur filmin axarı. Film məşhur kino istehsalçısı və aviator Howard Hughes’dən bəhs edir. Bu filmə baxanda mənim ürəyimdə həyata qarşı bir az kin yarandı. Bu filmə baxmazdan əvvəl Hovardın həyatını oxumuşdum və sonra bu filmi izləyəndə həqiqətən kədərləndim, çünki həyat bəzən doğurdan da ədalətsiz olur.

Amma bütün bunlara baxmayaraq görürsünüz ki, həqiqət və idea uğrunda mübarizə aparmaq nə qədər gözəldir. Hovard çətinliklərə baxmayaraq bunu bacardı….

Hər kəsin bu psixoloji filmə baxmasını məsləhət görürəm.

Trailer