The Breakfast at Tiffany’s

1961

Amerika istehsalı

Blake Edwards-ın rejissorluğu ilə

Romantik, Komediya

Bir az klassika bir az romantika bir azda komediya.və bunlar hamısı Tiffani ilə səhər yeməyində..

Bu film ilk dəfə 1961 də ekranlara cıxdı. Hadisələr New York şəhərindəki bir binada cərəyan edir. Film öz daxili ailəmində təzadlar yaşayan gözəl Holly Golightly (Audrey Hepburn) və gənc yazıçı Paul Varjak (George Peppard) arasında olan romantik bir azda gülməli sevgi macərasından bəhs edir. Holly daxili aləmində öz yerini tapmamış yalnız varlı insanların hədiyyələri ilə yaşayan bir qadındır. Onu yalnız Paul dəyişə bilər.

“Tiffany” adı Amerikada 100 illik bir tarixə malik olan bir ləl-cəvahirat markası olan “Tiffany&Co” adından götürülüb.. Filmə baxan zaman bunun təsadüfü olmadığının şahidi olacaqsınız..

Filmdə Auder Hepburn-nü öz səsindən Henry Mancini-nin Mahnısı olan “Moonriver” mahnısı da səslənir. Məhz bu mahnıya görə film ən yaxşı Film Musiqisi nominasiyasında OSCAR mükafatına sahib olub. Hər kəsi Bu filmə baxmağa dəvət edirəm. Kino tarixinə qisaca bir səyahət üçün…

Trailer