Death Proof

20 dəqiqə macəra, 15 dəqiqə komediya, 10 dəqiqə dram kinosu axtarıb tapmayandan sonra kino baxmağa həvəsim qaçdı və 45 dəqiqə vaxt itkisinin havayı getməməyi üçün Tarantino ilə başımı qatdım.

Uzun kadrlar və uzun dediqodular.. boşboğaz qızların uzun bir dialoqu ilə başlayan kino diqqətini çəkir, bir də gözünü açırsan artıq qızlara fanatlıq etməyə başlamısan. Tarantinonun qədim Vanishing Point kinosundan həvəslənib 2007-də çəkdiyi bu kino da qədimfasondu.

Tarantino həm də ona görə maraqlıdır ki, bir kinodakı oyuncaqlarını çox vaxt digər kinolarında da istifadə edir, Meksika aktyorları, Kill Bill ringtonu, Pulp Fiction ayaq masajı və Desperado-dakı kimi öz epizodik rolu və s görə bilmədiklərim..

Və qızlar.. Təsvir etməyə çalışsam ilk üçü seksi cincilim, növbəti üçü isə sərt və dəhdulum :) İçlərindən bircə Pişik Zoe ürəyimə yatmadı, amma axıra yaxın o da ləzzət eləyir. Ən xoşuma gələn isə, mənim tipim, sənin tipin, onun tipi aktrisa Vanessa Ferlito.. Yuxarıdakı və aşağıdakı qız. Digərlərinə baxmaq üçün kinonun türkcə dublyaj linkini paylaşıram. Dincəlin.