İvanın Uşaqlığı
1962,
Dram, Müharibə,
Rejissor: Andrey Tarkovskiy
IMDB xalı: 8.1/10
Film gənc bir ağacın arxasındaki İvanın görüntüsü ilə başlayır, ölü bir ağacın önündə bitir. Bəlkə də ağac insana örnəkdir, hər tərəfə budaqlanan, göyə istiqamətli, daim kökünə bağlı ?
Bəzi itkilərimiz bizdən başqa şeylər də alır aparır. Tərk edilincə ümidinin bir qismi də itir məsələn. Məğlubiyyət özünəinam və əzmdən pay qoparır. Müvəffəqiyyət və mükafat təvazönü didişdirir.
Müharibələr sadəcə can almaz, ruhu da öldürər. Uşağın uşaqlığını, cavanın cavanlığını, qocanın qocalığını alar əlindən. Sadəcə indini məhv etməz keçmişə güvəni, gələcəyə etibarı silər.
Evin şəkil asmağa divarları olmasa da, qapısı hələ də bağlanır, bacası tüstüləyir. Dəli ümid edir.
Rüyalar yalan söyləməzlər, amma çox qısadırlar və çox vaxt yadda qalmazlar. Qaldığı qədəri ilə tabir edilir, at muraddır məsələn. Hər kəs yuxu görər, korlar belə, hər kəs xəyal qurar ölüm hökmü verilənlər belə. Bir uşaq xəyalı vitrində gördüyü oyuncağı almaq da ola bilir, öldürülmüş ailəsinin intiqamını almaq da… Divarda yazılan sözlər misalı: “8 yaşımız var. Heç birimiz 19 yaşından böyük deyil. Bir saata güllənəcəyik. İntiqamımızı alın”.
Uşaqların ən çox sevdiyi savaş oyunudur… Taxta silahlar, ağızla çıxarılan avtomat səsləri, qarşılıqlı “öldün, çıx”, “dəymədi mənə, gizlənmişdim” etirazları… Müharibə şəraitində yaşamaqları bir şeyi dəyişdirməz. Savaş içində savaş oyunu oynayarlar…
Əgər iki cəsəd sizə “Xoş Gəlmisiniz” deyirsə, Fritz’in rəsmləri də sənətdən uzaqlaşmışdır artıq.
Müharibə insanlarının ruhu ağırdır, cisimləri uşaq olsa da; paylarına düşən ölümü, iztirabı, kədəri yaşamışlardır.
Gəncliyi digər yaş dövrlərindən fərqləndirən tez-tez qarşılaşılan sevgidir (kişinin bir qadını özünə aşiq etməsindən doğan haqlı qürür hissi, qadının üzündəki işıltılı təbəssüm), ətrafda güllələrin vızıldaması və ya güllərin uçuşması fərq etməz.
Savaşın qəhrəmanları həm də məğlubdur… 9 May Qələbə günüdür. Yalan deyirlər, müharibənin qazananı olmaz…
Savaş ölüm deyil, ölüm savaşda ən asan şeydir. Müharibə səssizlikdir. Gündüzlər ulduzlar üçün gecədir.
Qeyd: Bu linkdən kinonu onlayn izləyə bilərsiniz.
Yazı çox xoşuma gəldi, müharibəni hiss etdim sanki. Müharibə səssizlikdir…
NURAN, QARDAŞ, SƏNDƏ YAZI DUYUMUNU BU İL HİSS ETMƏYƏ BAŞLAMIŞAM. CÜMLƏLƏRİN SƏRRASTDIR. BƏLKƏ DƏ ÖZ GƏLƏCƏKDƏ SAHƏNDƏN DAHA ÇOX SSENARİSTLİKDƏ, KİNOYAZARLIQDA DAHA TUTARLI İMZALARDAN OLACAQSAN. BU FİLMƏ BAXMAMIŞDIM.AMMA MÜTLƏQ BAXACAM.ŞƏRHLƏRİN BU FİKRİMİN DOĞMASINA SƏBƏB OLDU. YAZILARININ DAVAMI GƏLSİN QARDAŞ!
SAYĞI VƏ DUALARIMLA TURAL TURAN. 17-12-2011 BAKI
Türkiyə türkcəsində bir söz var, `şiir gibi` deyə…tam bu yazıya görə deyilib sanki… yazılarının davamını gözləyirik…(((:)))
Tesekkurler Nurlan, cox tesirli yazidir…
Nurlan, cox gozel tebir etmisen, heqiqeten… Xususile son cumleler… bele filmlere baxdiqca, cox acinacaqli heyet hekayeleri esitdikce insanin uzerine bir yuk qoyulur sanki. O insanlarin halina yanmaqdan ziyade bir yuk… oz halina sukursuz oldugunualgilamanla ustlendiyin yuk. Ya da acilarinin eslinde aci olmadigi duygusu… sevineceyini mi, meyus olacagini mi casdirdigin duygu… ne var ki, heyat olume qeder davam edir, olum sonsuza…. bir olu olmaq diri olmaqdan daha cetindir, yeqin… bilmirem….
P.S en qisa zamanda filme baxmaga calisacam. (cas bas qalmaq ucun…
)
yazilarin cox derin dushundurur.Bu gozel bir sey….davamini gozleyirik.
hmmmmm….. cox menali, cox derin ve oyredici,tessekkurler….
Şeir kimi yazı idi :) Çox xoşuma gəldi. Növbəti yazılarınızı səbirsizliklə gözləyirəm :)