Ben X

Rejissor : Nic Balthazar
Ssenari : Nic Balthazar
Aktyorlar : Greg Timmermans, Laura Verlinden, Marijke Pinoy, Pol Goossen, Titus De Voogdt
Filmin janrı : Dram, Psixoloji
Bəstəkar: Praga Khan
Orijinal Adı : Ben X
İstehsalçı : MMG Film & TV Production
İstehsal İli : 2007
Ölkə: Belçika
Orijinal Dili : Holland dili
Filmin Müddəti : 93 dəqiqə
Rəsmi Saytı : http://www.benx.be/

“Ben X”. 2007-ci ildə çəkilib, Montreal Film Festivalında Grand Prix Mükafatını qazanıb.

Belçikanın 2008-ci ildə Oscar Namizədi olaraq təqdim edilir. Filmin rejissoru və ssenaristi Nic Balthazar, intihar edən autizim bir gəncdən təsirlənərək roman yazır, ardından da romanın teatrda tamaşaya qoyur. Sonra da yazdığı romandan uyğunlaşdırdığı bir film çəkir. Autizim xəstəsi olan şəxslər haqında bəlkədə xəbəriniz var və ya tanıdığınız biri var. Onların necə biri olması isə bəzilərinizə bəllidir bəlkə də.. Fikrimcə film baxılması vacib filmlərdəndir. IMDB xalı 7,5 olan filmin mövzusu haqda sizə biraz məlumat verim.

Ben digər insanlardan fərqlənən biridir. Özünə xas bir dünyası var. İnternetdə oynadığı ArchLord oyunu və oyunda hörmət edilən bir xarakteri var. Elə filmdə Archlord oyununun görüntüləri ilə hazırlanmış effektlərlə başlayır. Oyunda əldə etdiyi gücü və qeyri-adi qüvvəsini gerçək həyatda etmək istəyir. Oyunda onunla bərabər oynayan Scarlite adlı bir qız da var. Benin ona qarşı yaranmış sevgi hisləri də var. Xəyalında tez-tez onu canlandırır, onunla olmaq istəyir. Benin günləri eyni tərzdə davam edir.

Ben X - Ben X - Nic Balthazar  - next picture

Məktəbdə sinif yoldaşlarının əksəriyyəti ona qarşı pis davranırlar. Bir gün sinif yoldaşları Beni parta üzərinə çıxararaq şalvarını aşağı çəkirlər, çəkməklə qalmayıb hər kəs öz telefon və video kamerası ilə bunu qeydə alaraq internetdə paylaşırlar. Artıq o, bu vəziyyətdən bezir və özünü öldürmək istəyir, lakin onun ölüm haqda təsəvvürləri yoxdur. Daha dəqiq desəm o, ölümü oyunlardakı kimi yenidən dirilmək olaraq qavrama gücündədir. Bu haqda yaxınlarından da məlumat alır. Bir gün Scarlite onunla görüşmək üçün vağzala dəvət edir. O görüşə gedir və onu görür, ancaq özünü ona təqdim etmir. Bərabər bir neçə stansiya yol gedirlər. Scarlite yanında oturduğu adamın Ben olmasına inanmır. Daha sonra Ben növbəti stansiyada düşür və bir xeyli Scarlite baxaraq qatarın yola düşməsini gözləyir. Qatar getdikdən sonra Ben özünü öldürmək haqda düşünür. Özünü qatarın altına atmaq istəyir. Bundan qorxduğu üçün biraz tərəddüd edir. Qəfil Scarlite onun yanında olur və ona “Hər şeyin bir anda sona yetməsini düşünürsənsə yanılırsan” –deyir. Artıq Scarlite onu tanıyır və ona necə ölmək barəsində köməklik edir. Film haqda çox danışmaq istəmirəm. Hələ danışmadığım səhnələri görməyiniz lazımdı. Etiraf edirəm o qədər də ürək açan yazmasamda fikirlərimi çatdırmağa çalışdım. Baxmağınıza peşman olmayacaqsınız. Bəlkə də nəsə öyrənəcəksiniz.

Filmdən gətirdiyim sitatı çox bəyəndim və bu barədə düşündüm. Sizi filmə baxmağa dəvət edirəm. İzləyin fikirlərinizi düşüncələrinizi bizimlə bölüşün.

 - next picture

“Bir şeylər yaşamadan əvvəl hər zaman birinin ölməlisi gərəkir. Yoxsa heç bir problem olmazsa həyat beləcə davam edər, dayanar. Xeyr, hər zaman əvvəl biri ölməlidir”

Ben X

“Qoxusu yetərli idi. Hələ yaşanmamış bir mövsümün qoxusu. Hələ kəşf edilməmiş bir qitədə. Amma mən bu qoxunu, sahilin kilometrlərcə uzağından ala bilirdim. Mənə çevirilmiş mükəmməl boynuyla mənzərəni izləyərək xəyal qururdu. Haqqımı almaq üçün, dodaqlarımı oraya yerləşdirdiyimi xəyal etdim. Azad olma haqqımı.

Yalnız, bədəninin istiliyiylə qısa bir müddət orada oturmaq. Yalnız qısa bir an. Hər şey mükəmməl idi.”

Filmin türkcə dublyaj olunmuş variantına bu linkdən baxa bilərsiniz.