Amelie

poster 1

2001,

Fransa və Almaniya birgə istehsalı,

Jean-Pierre Jeunet-in rejissorluğu ilə,

Romantik, Komediya,

Musiqisi Yann Tiersenə məxsusdur.

Girlie

Bu filmi 2010-cu ildə izlədiyimə inana bilmirəm, sözün əsl mənasında 9 il gecikmişdim. Hələ də gecikənlər varsa mütləq izləsin.

Umbrella

Film sənət əsərinə bənzəyir, küçələr, işıqlandırma, Bakının indiki işıqlandırılmış mərkəzi küçələrinə oxşayır, doğurdan da romantikdi.

City

Baş rolda gözəl aktrisa Audrey Tautou oynayır, onun aktyorluq qabiliyyətinə şərh yazmağım artıq olar.

Face

Çox qəribə və maraqlı başlanğıcı var, filmi şərh edən personajların sevdiyi və sevmədiyi şeylərdən danışır.

Beans

Onlardan bir çoxu mənə də aiddi, hətta bu kinoya baxandan sonra Dominik Brodoto kimi toyuq qrilindən yumşaq əti çıxardıb yeyirəm. Filmə baxdıqdan sonra nə demək istədiyimi başa düşəcəksiniz.

Chicken

Kinoda o qədər maraqlı söhbətlər və səhnələr var ki, hərəsi haqda bir az nəsə desəm kinonu danışmış olaram. Ona görə yaxşısı budur, özünüz izləyin:)

Thinking

P.S Kinodakı foto albom doğurdan da mövcuddur və rejissorun dostuna məxsusdur.

Albom