Confessions (Etiraflar)

2010
Yaponiya
Dram, Sirrli, Triller
IMDB xalı: 7.8/10

Ən çox sevdiyiniz filmlər arasında ilk 5-liyə girəcək bir film. Yaponlara heyran qalmamaq mümkün deyil. Dostumun bir cümləlik “doğrudan da izləməyə dəyər” məsləhətindən dərhal sonra baxdığım film haqda çox yazmaq, şəkillərini və trailerini paylaşmaq istəmirəm. Yuxu qədər möhtəşəmdi, amma həmin möhtəşəm yuxunu kiməsə danışansan ona mənasız gələr, dəyəri itər.

Elə bir filmdir ki, bitən kimi haqqında müzakirə etmək üçün kimisə axtaracaqsınız. Filmin sonlarında sanki rejissora yalvarırsan ki, “finalı bu cür bağla, bu cür şedevri zibilə döndərmə”

Film bitənə qədər, ekran qaralana qədər finalı görə bilməyəcəksiniz.. Və sonda bir söz……

P.S Hələ də indiyə kimi kəşf etmədiyiniz hisslərinizi öyrənin ;)

Filmi ən yaxşı bubu saytdan orijinal dilində türkcə subtiterlərlə izləyə bilərsiniz. qeyd: İzleme seçeneği 1-i seçin.