Kağıt

Her yasak kendi isyancısını doğurur!

Filmlər haqqındakı yazıları davam etdirirəm. Baxdığım sonuncu film “Kağıt” oldu.

İstehsalı: 2011 Türkiyə
Növ: Dram, Siyasi
Rejissor: Sinan Çetin
Ssenari: Sinan Çetin
Prodüser: Sinan Çetin
Musiqi: Fırat Yükselir

Fimin şüarı belədir:  ”Hangi kağıt hayattan daha değerlidir?”

Rejissor Sinan Çetin isə öz filmini belə şərh edib: “Saçma sapan yasaklar koyanların hiç yargılanmamasını eleştirdim.”

Rollarda Öner ErkanAsuman DabakAyşen Gruda,  Ahmet Mekin, Zeynep Beşerler, Uğur Bilgin və başqa aktyorlar çəkilib.

Film gənc bir rejissorun film çəkimində üzləşdiyi əsassız bürokratik maneələrdən bəhs edir. Məmur qadının vermədiyi bir kağız onun faciəsinə gətirib çıxarır.

“İsterse bir kağıt bir bireyin ,bir ailenin, bir toplumun kafasını uçurur. Devletin kağıdının yüzü en keskin kılıçtan daha keskindir.”

Hadisələr 1977-ci ildə cərəyan edir. Atasının əczaçı görmək istədiyi Emrah fotoqrafiya ilə məşğul olur. 1 may İşçi bayramı öncəsi dostlarının da köməyi ilə işçilərin həyatından bəhs edən sosial film çəkmək istəyir, lakin maddi çatışmazlıqla üzləşir. Bir iş adamı Emraha pul verməyə razılaşır, ancaq pulu filmin çəkilişi üçün dövlətin icazəsini aldıqdan sonra verəcəyini deyir. Emrah icazə almaq üçün Ankaraya yola düşür, amma dövlət məmuru Müzeyyen hanım lazım olan icazə kağızını vermir. Bu icazə kağızı olmadığı üçün filmin çəkilişi dayanır.

Emrahın atası evlərini ipotek etdirib pulunu əczanə açması üçün Emraha verir. Emrah bu pula filmi çəkib bitirir. Lakin indi də həmin icazə kağızına görə film nümayişə çıxarıla bilmir. Emrah üç dəfə Müzeyyen hanımın yanına getsə də icazə kağızını ala bilmir.

Film nümayişə çıxmadığı üçün Emrah evin ipotek kreditini ödəyə bilmir və dövlət evi onların  əlindən alır.

Atası bu olanlara dözə bilməyib intihar edir.

Müzeyyen xanım şikayəti ilə Emrah və dostları həbs edilir.


Sevgilisi o həbsdə olarkən başqası ilə evlənir.

Bu filmdə əks olunan Türkiyənin 70 80-ləri indiki Azərbaycandır. Ən kiçik şeylərə görə də bürokratik süründürməçiliklə üzləşirik, bizə xidmət etməli olan dövlətimizdə.

Devlet nedir?
– Bize hizmet etmek zorunda olan bir alet, bir ütü, bir şofben gibi bir şey değil midir? Hiç, kutsal bir ütü olabilir mi?

Filmdə diqqətimi çəkən başlanğıcda və sonda verilən Emrahın kağızla dolu otağı oldu. Divardakı hər kağız bir insanın, bir ailənin facisəni simvolizə edirdi, məncə.  Filmin çəkilişi çox xoşuma gəldi. Çəkiliş, rakurslar orijinal və əla idi. Aktyorlar da öz rollarında peşəkar idilər. Köhnə türk filmlərindən hamıya tanış olan Ayşen Gruda burada da öz rolunu çox gözəl ifa edib.

Bizə dövlət və onun qanunları lazımdır?

İki sürücü işıqforda qırmızı işıq yandığı üçün avtomobili saxlayır.
Biri qırmızıda keçərsə cərimə olunacağından qorxduğu üçün digəri isə digər avtomobillərə yola verməyin lazım olduğunu dərk etdiyi üçün.

Yəqin ki, insanlar ikinci sürücünün düşüncəsinə yiyələndikdən sonra bizə nə dövlət nə də ki, qanunlar lazım olacaq. Əlbəttə, bu məsələ belə bəsit deyil, bu haqda cild-cild kitablar yazılır və mənim burda kitab yazmaq fikrim yoxdur. Filmi izləyin bir yerdə düşünək..

Filmin web saytı: http://www.kagit-film.com

Filmin fraqmanı izləmək üçün: LİNK
Filmi yükləmək üçün: LİNK


Bir sabah uyandınız ve birileri size diyor ki, size sabah kahvaltısında zeytin yemek yasak. Ne olurdu?

– Sabah kahvaltısında zeytin yemeyiz

Yanlış! Her yasak kendi isyancısını yaratır! Zeytinseverler bir örgüt kurarlardı.Üzerinde zeytin dalı amblemi olan bir bayrakları olurdu. Zeytinlere özgürlük diye bir marşları olurdu belki. Şimdi soruyorum size: zeytinseverler ayaklanıp dağa çıksa, dağa çıkan mı suçlu yoksa zeytini yasaklayan mı?

Ben yalanları göstermek için bir film çekmeye çalıştım, boğaza kadar yalana batdım.

20. yüzyılda devletlerin “yasal kağıt”larıyla öldürülen sivil insan sayısı 268 milyondur.
R. J. Rummel – Death by Government, 1997