Son İstasyon

İstehsal: 2010  Türkiyə
Növ
: Dram
Rejissor
: Oğulcan Kırca
Rollarda
Levent Kırca,  Damla Sönmez,  Korel Cezayirli,  Suna Selen,  Başak Daşman,  Özgün Aydın,  Damla Cercisoğlu,  Hikmet Karagöz,  Arda Öziri,  Gökçer Genç,  Meral Küçükerol,  Damla Coruşoğlu,  Mehmet Güney,  Murat Gürel,  Yelda Alp,  Zeynep Utku,  Ziver Açıl

Ssenari: Levent Kırca, Oğulcan Kırca, Tekin Duman
Prodüser
: Levent Kırca, Oğulcan Kırca
Görüntü Yönətməni
: Tolga Çetin

Musiqi: Cenk Çelebioğlu
Nümayiş Tarixi
: 09 Aprel 2010 (Türkiyə)

Levent Kırcanın oğlu Oğulcan Kırcanın rejissoru olduğu film həm də Levent Kırcanın bu günədək oynadığı ilk dram janrında filmdir. Filmi iki hissəyə bölmək olar. İstanbula qədərki Uşak şəhərində cərəyan edən hadisələr, daha sonra İstanbul dövrü.

Ruhi Uşakda kiçik dəmiryolu stansiyasında işləyən, təqaüdə çıxmaq üçün gün sayan bir məmurdur. İki uşağı, arvadı və qoca anası ilə bir yerdə dolanıb gedirlər. Ruhi təqaüdə çıxdıqdan sonra nəhayət dincəlməyi, ömrünün sonlarını sakit yaşamağı arzulayır. Orkestr şefi olan böyük oğlu varlı bir qadınla evlənib İstanbulda yaşayır, bir ildir hərbidən qayıdan kiçik oğlu Öndər isə işləmir və bizim dillə desək əlində təsbeh “yaxşı oğlan”lıq edir. Ruhi hər axşam işləməyib avara-avara gəzdiyi üçün Öndəri danlayır, mübahisə edir.

Qızı Esra isə şəhərə gələn İstanbullu mühəndislə gizlincə eşq həyatı yaşayır və ondan hamilə qalır. Öndər bu münasibətdən xəbər tutduqdan sonra mühəndisi öldürür və İstanbula qaçır. Ruhi üstlərindəki ləkəni təmizləmək üçün qızını dükanda fəhlə işləyən birinə ərə verir, onlar da evlənib İstanbula gedir. Bu hadisələr cərəyan edərkən Ruhi də nəhayət təqaüdə çıxır və İstanbula uşaqlarının yanına getməyi qərarlaşdırır.

Bundan sonra keşməkeşli və ürəkağrıdıcı İstanbul həyatı başlayır. Burdan sonraya özünüz baxmalısız artıq təsvir etmək mümkün deyil.

Bir insan öz övladlarından ancaq bu qədər nankorluq görər, bu qədər sındırılar, qüruru tapdanar..

Kinonun içinə elə düşürsən ki, vaxtın necə keçdiyinin hiss eləmirsən, sonradan hiss etdim ki, ağlamışam baxa-baxa.

01:16 –cı dəqiqədə Ruhinin evin xidmətçisi ilə dialoqu isə insanı darmadağın edir.

Mehmanxanada təmizlikçi işləyən Esra məşhur biri ilə tanış olur. Daha sonra fotomodel olub, jurnallar üçün porno şəkillər çəkdirir. Ərinə boşanma davası açır. Bu müddət ərzində İstanbulda mafiyaya qoşulan Öndər bacısının televiziyada görərək onu öldürmək qərarına gəlir. Güllə Esranın ayağından dəyir və o, ölmür. Bu vaxt hər şeyə rəğmən Ruhi xəstəxanaya qızını görməyə gəlir və onu bağışlayır.

Sonda Ruhinin təsadüfən oğlu Öndərlə görüşməsi də çox ibrətamizdir.

Yaşaya-yaşaya ölməyin nə demək olduğunu bu filmdə anladım.

Onu da deyim ki, Ruhi rolunu oynayan Levent Kırca aktyorluğu çox möhtəşəmdir. Mimikası, üz cizgiləri xüsusilə.

Filmdə yumşaq yumordan tez-tez istifadə edilməsi tamaşaçının göz yaşına boğulmaması üçündür yəqin ki.

Nə isə, mütləq baxın bu filmə!

Filmin treyleri

Qeyd: Yükləmək istəyənlər üçün və online izləmək üçün.