The Stoning of Soraya M.

2008

Dram

Rejissor: Cyrus Nowrasteh

Rollarda: Shohreh Aghdashloo, James CaviezelMozhan Marnò

IMDB xalı: 7.9/10

İran İR qanunlarına (şəriətə) görə, əgər ər arvadından şikayət edirsə, onu nədəsə günahlandırırsa, bu zaman qadın günahsız olduğunu sübut etməlidi, arvad kişini nədəsə günahlandırırsa yenə qadın kişinin günahını sübut etməlidi.

Olduqca maraqlı filmdi, İranda şəriətin yaratdığı “zombilər”i, qadınların hüquqlarının necə tapdalandığını, hər yerdə kişilərin qadınlardan üstün tutulduğunu, günahkar sayılan qadınların necə rəcm (daşqalaq olunaraq edam edilmə) edildiyini və s. bu kimi cahillikləri incəliyinə qədər təsvir edən bir film.

Film İran əsilli Fransız bir jurnalist tərəfindən (jurnalistin prototipini filmdə görəcəksiniz) yazılmış romana əsasən çəkilib, lakin onu qeyd edim ki, əsər real hadisələrə söykənərək yazılıb. Həmin kitab dərc olunandan sonra dünyanın müxtəlif yerlərindən olan qadınlar kütləvi şəkildə İrandakı bu haqsızlığa, vəhşiliyə, sadizmə qarşı aksiyalar həyata keçiriblər.

Filmdəki Sorayanın daşqalaq olunma səhnəsi ən sadist kino epizodlarından biri sayılır. Baxarkən özünüz də görəcəksiniz ki, dini radikalist iranlılar insan deyillər, zombiləşmiş varlıqlardı, ibtidai icma quruluşunda belə yəqin ki, insanlar bunlardan daha şüurlu hərəkət ediblər, insanlıq adı üçün bir utancdır bu rəcm olunma.
Filmdən sonra, rəcm olunma haqqında bir neçə məqalə oxudum, onların arasında bitərəf yazılar da var idi, islami də, anti-islami də, ateist də. Hər halda, dinsiz olsam da, bu yazını oxuyacaq olanların çoxunun müsəlman olduğunu nəzərə alaraq rəcm haqqında qısaca məlumat verim, lakin siz yenə də özünüz istədiyiniz və güvəndiyiniz mənbələrdən oxuyun bu haqda, hər halda bütün mənbələr bunu qeyri-insani hərəkət kimi qələmə verir.

Deməli, oxuduqlarıma əsasən belə qənaətə gəldim ki, bu rəcm olunma islamdan əvvəl xristianlıqda və iudaizmdə olub. Ərəblərə isə yəhudilərdən keçib, daha doğrusu bəzi mənbələrə görə rəcm olunma ərəblərə Məhəmməd tərəfindən gətirilib, daha sonra isə Əli tərəfindən Qurana əlavə edilməsinə cəhd olunub. Quranın bəzi nüsxələrdinə rəcm qeyd olunsa da, bu günki geniş yayılmış nüsxəsində rəcm olunma haqqında heç nə göstərilməsə belə, bəzi başbilən dinDARlar rəcmin göstərildiyi hədislərdən və Məhəmmədin hakimiyyəti dövründə bundan istifadə edilməsinə dair faktlara əsasən bunu da şəriətin əməl olunmalı bir qanunu kimi dəyərləndiriblər. KÜTlə də “ən doğrusun molla bilər” prinsipi ilə işlədiyindən cani ürəkdən bunun həqiqətən vacib, doğru əməl olduğuna inanar.

Çox maraqlıdır ki, rəcm əsasən qadınlara tətbiq olunur, düzdü bəzi hallar da istisnalar olur kişilər də buna məruz qalır, lakin onlar uzun müddət oruc tutaraq bu cəzadan canlarını qurtara bilərlər. Həmçinin onu da deyim ki, rəcm sadəcə zina hallarında baş verir, evli qadın (və ya kişi) həyat yoldaşını başqası ilə aldatdığı halda. Lakin evlənməmiş qadın zina edərsə onun günahının əvəzində rəcm yox, sadəcə 100 dəfə kötəklənmə cəzasına məruz qalır. Çox dəhşətverici bir məlumatı da nəzərinizə çatdırım ki, rəcm olunarkən xüsusi daşlar seçilir, daşın həcmi kiçik olmamalı (çünki bu az incidər), böyük də olmamalı (çünki bu tez öldürə bilər, qurbana lazımi əzabı verilə bilməz), sadəcə orta, ovuç içi boyda daşlar seçilməlidir. Çox təəssüf hal-hazırda İranda rəsmi şəkildə belə olmasa hələ də qalmaqdadır bu edam növü.
Bu qeyri insanı hərəkətə qarşı səssiz qalmayın, ən azından burda və ya başqa daha güvənilən mənbədən oxuduqlarınızı dostlarınızla bölüşün, mən burda anti-islam hərəkatı yaradaq demirəm, sadəcə cəhaləti yox edək, ya da ən azından buna çalışaq.
Son olaraq isə onu verəcək yaşda, ağılda olmasam belə sizə bir məsləhət verim ki, hansı ideologiyaya inanırsız inanın, qulluq edirsiz edin, istər türkçü olun, istər müsəlman, istər azərbaycançı, istər yapçı, istər ateist, istər vəhabi olun, eybi yox bundan, amma təki ideologiyanın qurbanı, fanatı olmayın, radikallaşmayın, ZOMBİLƏŞMƏYİN… Bir də ən əsası onu özünüzə qəbul etdirməyə çalışın ki, hansı ideologiyaya, hansı dinə, hansı millətə, hansı etnosa, hansı irqə mənsub oluruq olaq, dəyişməz bir şey var – biz hamımız İNSANıq. Bizi parçalayan sadəcə bu ideologiyalardı,elə bizi düşmən edən də. Çalışın qulluq etdiyiniz ideologiyalar içində buna daha üstün yer verəsiniz.

İzləməyənlər mütləq izləsin bu filmi, kinoda da deyildiyi kimi, now the whole world will know what happened there…

Diqqətinizə görə təşəkkürlər…

http://youtu.be/1aRQlb6lGLc