Being John Malkovich (Con Malkoviç Olmaq)

İstehsal: 1999 ~ ABŞ

Növ: Komediya, Dram, Fantastika
Rejissor: Spike Jonze
Operator: Lance Acord
Bəstəkar: Carter Burwelll
Aktyorlar: Con Kyusak (Kreyq Şvars), Kameron Diaz (Lotti Şvars),  Ketrin Kiner (Maksin Lund), Con Malkoviç (Con Horatio Malkoviç),
Orson Bin (Dr. Lester), Meri Key Pleys (Floris), Çarli Şin (Çarli)

Hərdən nəsə bir qərar verəndə, ya da bir seçim edəndə belə bir söz işlədirik. “Qəlbimin səsini dinlədim” və ya “Sanki mənə biri belə et dedi” Təsəvvür edin ki, biri sizin beyninizdədir və sizə istədiyi hər şeyi etdirir. Və ya əksinə, siz kiminsə beynindəsiniz və onu istədiyiniz kimi hərəkət etdirirsiniz. Hərəkət etdirdiyiniz beyinsə, ya fanatı olduğunuz biridir və ya zəhləniz gedən adamdır, onu pis vəziyyət qoymaq istəyirsiniz. Maraqlı gəldiyinə əminəm..

Bunu çox adam etmək istəyər, xüsusəndə bunu bir azərbaycanlı etmək istəsə, nəticəsi necə də maraqlı olar. :) Lakin bu tip istəklər gerçək həyatda gerçəyin xaricində bir şeydir. Bax bu sahiblənmə və ya olmaz dediyim şey Con Malkoviç Olmaq (Being John Malkovich)  filmində baş verir. Fantastika sevənlər üçün yaxşı filmdir. Azacıq komediya və biraz dram da əlavə olunub. Bu tip filmlər  gerçək həyatda sirrli hadisələrlə bağlıdır. Buna misal olaraq, The Truman Show, Adaption, Inception, Matrix və s. Vaxtınızı səmərəsiz keçirməyəcəyinizə əminəm.

Hətta nə isə öyrənəcəyinizə tam zəmanət verə bilərəm. :) Film haqda qısaca məlumat verim. Bir gənc ailə Kreyq Şvars (Con Kyusak) və Lotti Şvars (Kameron Dias). Yaşayış səviyyələrə çox da yaxşı olmayan bir ailədirlər. Kreyq istedadlı kukla oynadandır və o, bunları Nyu York küçələrində nümayiş etdirir. İstedatlı biri üçün heçdə ideal yer deyil. Özünü yolun sonuna gəlmiş kimi hiss edir. Lotti isə işinə həddindən artıq düşkün bir evcil heyvanlar dükanında işləyir. On illik evliliyi də artıq haradasa yalnız vərdişlər üzərində qurulmuş bir vəziyyətə çevrilib. Kreyq bu vaxt bir şirkətdə işə başlayır. Kreyqin yeni iş yeri olduqca qəribədir. O, 7½ mərtəbə olur və orada dik durmaq olmaz. Kreyq bu mərtəbənin tarixi ilə tanış olarkən, olduğu otaqda gözəl Maksin ilə tanış və hətta ilk baxışda aşiq olar.

Lakin Maksinin, Kreyqdən çox da xoşu gəlmir. Qəfil rədd edilən Kreyq, ofisində kədərli şəkildə oturarkən gizli bir qapı kəşf edir. Bu qapı yuxarı doğru yüksələn gizli bir koridora açılır. Kreyq macəra hissiylə ilə ora dırmaşır, qarşısına qaranlıq və nəmli bir tunel çıxır. Elə hər şey bu kəşfdən sonra başlayır. Burası Con Malkoviç olma təcrübəsini reallaşdıracağı sehrli bir yerdir və Kreyq yavaş-yavaş Con Malkoviç olmaqdadır. Və bütün bunlar yalnız bir başlanğıcdır… Sonluq isə bəlkə də çoxunuzun xoşuna gəlməyə bilər. :) Odur ki, bu filmi izləməlisiniz. Əgər baxmamısınızsa təəssüflər olsun. :)

QEYD: Filmin davamı kimi sayılan “Adaptation” filmini də izləmək lazımdı. Bu film haqda isə gələn yazıda sizi tanış etməyə çalışacam. İnanıram ki, film haqdakı fikirlərimi sizə çatdıra bilirəm. Bunu edə bilirəmsə deməli, hələ inkişaf edirəm :)

Filmdən maraqlı sitatlar:

“Reallıq, süd quzuları üçündür Johnny Boy (Çarli)”

“Meymun olduğun üçün nə qədər şanslı olduğunu bilmirsən. Çünki şüur qorxunc bir lənətdir. Düsünürəm, hiss edirəm və əzab çəkirəm. (Kreyq Şvarts)”

“Şüur, qorxunc bir lənətdir. Düşünərsən, hiss edərsən, əzab çəkərsən.”