
2007 Türkiyə-Almaniya
Dram Rejissor: Fatih Akin
Fatih Akının rejissoru və ssenaristi olan bu film 2007-ci ildə Kann kinofestivalında rejissoru ” ən yaxşı ssenari ” laureatı etdi. Film üç hissədən ibarətdi. İlk hissədə hadisələr Almaniyada, ikinci hissə Almaniya-Türkiyədə, üçüncü hissə Türkiyədə cərəyan edir. Altı başlıca obraz və altı ayrı-ayrı taleləri, üç müxtəlif ailələrdə birləşdirən filmdə həm Almaniya, həm Türkiyə qanunları, mədəniyyəti, ailə bəndləri ustalıqla nümayiş olunur. Qoca yaşında qızına pul göndərən fahişəni pul qarşılığı arvad edən təqüdçü kişi, onun professor oğlu, Türkiyə anarxizm öncüllərindən olan millətçi xanım və təsadüfən tanış olduğu alman qızı. Qəbulolunmaz sevgi, həbs, ölüm, vəfa və dağılmış talelərin sağ qalmaları üçün həyat mübarizələri..
Filmdə baş rollardan birini Nurgül Yeşilçay ifa edib və bu onun ən uğurlu və cəsarətli rolu hesab olunur.
Filmin proloqunda verilən epiloqda və sonda əsas epiloqda verilən soundtrack Qaradəniz solistlərindən ən məhşuru, gənc yaşında xərçəngdən vəfat edən Kazım Koyuncunun ” Ben seni sevduyimi ” mahnısıdı. Rejissor tərzinə görə İnarittu-nun filmlərini, “ Ölüm “ trilogiyasında olan filmlərini xatırladır. Filmdəki dialoqlar, obrazlar olduqca təbii alındığından bir daha Fatihin aktyor seçimini alqışlamağa sövq edir insanı.
Film Almaniyada 2007-ci ildə ” ən yaxşı əcnəbi dildə film ” mükafatı qazanıb.
Filmə nəyə görə baxmalısız sualına tam olmasa da cavab verməyə çalışdım. Son olaraq onu qeyd edim ki, kinomanlar üçün desert sayılacaq filmlərindən biridi.
P.S. Fatih Akın bu filmi haqda: ” Filmdə olan xarakterləri Almaniya-Türkiyə haqda qısa sənədli filmimi çəkəndə tapdım. Bu insanlar realdırlar. Gördüklərimin hamının görməsini istədim. Film isə mənə bir başqa doğmadı. “
Filmin digər afişaları
Filmin türk, ingilis, alman variantındakı treylerləri
Qəşəng kino idi, xoşuma gəlir çoxmədəniyyətli kinolar. Təkrarları da sevirəm kinoda.. Mələsələn burdan bir-ikisini deyim, bir nərd oynayanlarla salamlaşma, bir də Kazım Koyuncunun mahnısı.. Gərək filmə online baxmayasan e, dediyin yerdən gedib diskini aldım, bilmirəm görüntü keyfiyyətli idi yoxsa nəyə görə, operatorun işi ləzzət elədi, artıq heç nə yox idi kadrda, film adamın gözünü dincəldir. Bəziləri ağır kinodu deyir, amma mən deməzdim. Bu filmə daha çox “maraqlı dram” statusu verərdim. Orijinal formada baxdım kinoya, belə daha çox xoşuma gəldi, alman dili olan yerlərdə bir az çətinlik çəkdim, amma 80 faiz başa düşdüm, türklə ingilis də heç) Bilmirəm dilçi olduğuma görədi yoxsa nə, amma bu 2-3 dilli filmlər nəysə çox xoşuma gəlir. Bizim kinolardan “Sahə” də rus, ingilis, azərbaycan dilinin qarışığı idi. Kino belə daha təbiidi məncə, real həyatdakı kimi. Türk kinoları əladı, amma bir şeyi bəyənmirəm, danışıq olan vaxtda musiqinin səsini çox verirlər, danışıq anlaşıqsız olur. Final səhnə də gözəl rəssam işi idi.. Sənin yazın və trailer filmə həvəsləndirdi getdim diskini aldım, filmə baxandan sonra yenə oxudum postu, kinoya baxmamışdan qabaq yazı bir az qaranlıq qalmışdı.. indi hər şey daha aydındı və deməliyəm ki, əla yazmısan :)
Beyeneceyine emin idim :)
Film mənə çox şeyi öyrətdi, İlk öncə düşünürdüm ki bu film insanları sistemə qarşı mübarizəyə səsləyir, amma sonda anladım ki, nə edirsən et, bu böyledir, dəyişməz. hadisələrin bir birinə paralel cərəyan etməsinə baxmayaraq Ayten ilə Necatın yolu kəsişmədi, bu belə də olmalı idi. Həyatlar bir birinə qarışmadan daim paralel yaşanır. Həyatdan bir film idi. Təşəkkürlər paylaşım üçün.
P.s. almanca olan səhnələrini anlamadığım üçün subtitrlardan istifadə etdim .