Tron: Legacy

2010

ABŞ

Döyüş, Macəra, Elmi-fantastik

Rejissor: Joseph Kosinski

Rollarda: Jeff Bridges, Garrett HedlundOlivia Wilde

Virtual dünya dizayneri yaratdığı rəqəmli dünyanın içinə düşür və 20 il ordan çıxa bilmir. Oğlu onu axtarmağa gedir və o da virtual dünyada video oyunlarının qurbanına çevrilir. Böyük virtual Şəbəkədəki sivilizasiya ilə mübarizə aparıb atasını da, özünü də ordan xilas etmək istəyir. Əsas silahları içərisində məlumat bazası olan frizbilərdi, bir də virtual motosikllar.

Elmi-fantastik filmləri sevən tamaşaçılar üçün maraqlı olacaq, çünki ilk baxışdan tamaşaçıda xoş təəssürat yaratmasa da, süjet xətti irəlilədikcə kinoya maraq artır, üstəlik maraqlı görüntü qrafikası gözlərinizi ekrandan ayırmağa imkan vermir. Əlbəttə əgər filmə yüksək keyfiyyətdə baxırsınızsa. Əks təqdirdə heç baxmamağınızı məsləhət görərdim.

Macəra filmlərini xoşlayan tamaşaçı üçün isə həmişəki kino əyləncəsi olacaq. Maraqlı səs və görüntü effektləri darıxmağa qoymayacaq.

Ətraflı məlumat verməyə ehtiyac yoxdu, əsasən etoday-dən götürdüyüm şəkilləri və hulu-dan götürdüyüm bir neçə görüntünü sizinlə paylaşıram.