The Boy in the Striped Pajamas

İstehsal:  2008 ~ ABŞ, İngiltərə
Növ:  Dram, Gərgin, Döyüş
Rejissor: Mark Herman
Oyunçular:  Vera Farmiga (Elsa),  David Thewlis (Ralf),  Asa Butterfield (Bruno), Amber Beattie (Qretel) David Hayman (Pavel),  Rupert Friend (Lieutenant Kotler),  Jim Norton (Herr Liszt), Richard Johnson (Baba), Sheila Hancock (Nənə),  Cara Horgan (Maria),  Jack Scanlon (Şmuel)
Ssenari: John Boyne,  Mark Herman
Ssenari (kitab):  John Boyne
Prodüser:  David Heyman, Rosie Alison, Mark Herman
Operator:  Benoît Delhomme
Musiqi:  James Horner

Bir neçə gün bundan qabaq,  Aynur Zərintacın feysbuk profilində bir filmə baaxmağı tövsiyə etdiyini gördüm. Maraqlı gəldiyi üçün keçidə daxil olub film haqda oxudum və endirməyə qərar verdim. Endirdim də.. Film 1 saat, 30 dəqiqədən azacıq çoxdu. Əvvəlcə onu deyim ki, müharibə janrında olan filmləri çox bəyənirəm. Elə bu filmin də müharibəyə aidiyyatı  var. 1941-45-ci illər yəhudilərin kütləvi soyqrımını eşitməmiş olmazsınız. Bəli bu acı və təəssüfləndirici bir faciə olaraq tarixə düşüb. Bu hadisə ilə bağlı çəkilmiş filmlər də var. Bunlardan ən gözəli Pianist, Şindlərin Siyahısı və sairədir. Nə isə… gələk filmin mövzusuna..

Uyğunlaşdırılan kitabdan bir sitat…

“Əgər bu kitabı oxumağa başladınızsa gec ya da tez bir tel hörgüyə çatacaqsınız. Buna bənzər tel hörgülər dünyanın hər yerində var. Ümid edirik belə bir tel hörgüylə əsla qarşı-qarşıya gəlməzsiniz.”

Mövzusu: Yaşayanlara heç bitməyəcək kimi gələn, İkinci Dünya Müharibəsi əsnasında (il: 1942-dir) heç məğlub olmayacaq zənn edilən Almaniyanın ürəyindən (Berlindən) ayrılaraq, ailəsiylə birlikdə uzaqdakı yeni bir evə köçən Alman uşaq Brunonun həyatı, orada tanış olduğu Yəhudi uşaqla dost olmasından etibarən sonsuza qədər dəyişir. Prodüserliyini David Heymanın (“Harry Potter” müəllifi),  rejissorluğunu Mark Hermanın (“Brassed Off”, “Little Voice”) olduğu filmdə, Faşist Almaniyasının işğalı altındakı Polşadakı bir qəsəbəyə təyin olunan bir Alman ailəsinin əhvalatı bəhs edilir. Faşist Almaniyası Brunonun atasını vəzifəli olaraq Polşaya göndərir. Bruno, qəsəbədəki toplama düşərgəsinin tel hörgülərinin o biri yanındakı bir uşaqla dost olur. Ancaq iki uşaq arasında olan bu dostluq, xüsusilə oğulunun bu düşərgələ əlaqədar həqiqəti öyrənəcəyindən şübhələnən Alman ananın (Verə Farmiga) narahatlığını artıracaq. Bruno və ailəsinin yeni evləri bir milyon yarım Yəhudinin faşistlər tərəfindən öldürüldüyü Auschwitz toplama və yox etmə düşərgəsinin yaxınlığındadırlar.  Və hər şey buradan başlayır..

Mövudan da göründüyü kimi film daha çox iki uşağın üzərində qurulub. Döyüşün qorxuncluğunu heç cür qavraya bilməyən iki az yaşlı uşağın gözləri ilə qiymətləndirmək həqiqətən əla alınıb. Bruno atası komandir olan kiçik bir uşaqdır, yeni köçdükləri yerdə dostu olmadığı üçün sıxılmağa və darıxmağa başlayır, həbsxana görünüşündəki evlərinin bağçalarına bir yelləncək düzəldirlər. Bruno üçün, amma o, qarşı fermada yaşayan pijamalı qəribə insanların kim olduğunu maraqlanır (Yəhudi əsirlər). Bruno özünü kəşfiyyatçı adlandırır və həbsxanaya bənzər evdən uzaqlaşması ona qadağan olunur. Bruno bir gün evin arxa qapıya açılan tərəfindən bir zirzəmi pəncərəsi kəşf edir.. Artıq Bruno xarici dünyaya və dost tapma ümidiylə həmişə maraqlandığı fermaya (ölüm düşərgəsi)doğru yola çıxır.. Orada tel hörgülərin o biri tərəfində adı Şmuel olan bir uşaqla tanış olur… Filmin bundan sonrası elə bir tragediya ilə davam edir ki, tel hörgülərin arxasından oyun oynamağa çalışan iki uşaq düşmən sözünün mənasını bilməyən… … Və inanılmaz sonluq…

Bax bu sonluğu unutmayın… Qadın, uşaq, yaşlı, hər kəsə tövsiyə ediləcək bir film….

Mütləq bu filmi izləməlisiniz…

http://youtu.be/CkzIC_bwxT8

İngilis dilində filmə baxmaq istəyənlər üçün

http://youtu.be/MPsdW0JIGco