İncir Reçeli


İstehsal: 2010 ~ Türkiyə
Növ: Dram,  Romantik
Rejissor, Ssenari, Prodüser: Aytaç Ağırlayar və Aa Film İstehsal
Oyunçular:  Məlikə Günər, (Duyqu) Sezai Paracıkoğlu, (Metin) Sinan Çalışkanoğlu,(Erol)  Mustafa Uzunyılmaz, (Selim) Həsən Yalnızoğlu, Nevin Efe, Alp Ataman, Barbara Lourens, (Liza) Batur Belirdi, Səlim Akgül (Cemil)
Operator: Mətin Turguç, Həsən Gərgin
Musiqi:  Cem Adrian,  Sezai Paracıkoğlu,  Əngin Bayraq
Rəsmi saytı: http://www.incirreceli.com/

Filmin mövzusu və əlavəm:

Televiziya kanallarına eskiz yazaraq dolanışığını təmin edən Mətinin ən böyük arzusu, yazdığı ssenarilərdən birinin filmə çəkilməsidir, ancaq ssenariləri prodüserlər tərəfindən davamlı rədd edilən Mətin, yenə ümidinin qırıldığı bir axşam getdiyi barda Duyğu ilə qarşılaşır. Mətin ayaqda dayana bilməyəcək qədər sərxoş olan bu qızı evinə gəitirir, ertəsi səhər oyandığında qısacıq bir qeyd yazan Duyğu artıq çoxdan getmiş olur.

Günlər sonra eyni barda yenidən qarşılaşırlar. Duyğu yenə Mətinə qonaq olur. Bu gündən sonra Duyğu daha tez-tez Mətinin evində qalmağa başlayır. Mətin adından başqa haqqında heç bir şey bilmədiyi bu qıza aşiq olur. Duyğu istədiyi zaman gəlib Mətinin evində qalmaqda, çox vaxt da xəbər belə vermədən yalnız qeydlər buraxaraq ortadan yox olur. Mətin telefon nömrəsini belə bilmədiyi Duyğunun həyatındakı sirrlə maraqlanır və bir gün onu izləyir.

Bu təqibin sonunda öyrəndikləri, ölümsüz bir metropol eşqinin başlanğıcı olacaq.

Filmin rejisoru, ssenaristini səhv etirəmsə “Böyük Yalan” serialında görmüşəm. Bu adamdan belə bir maraqlı və həyatı danışan film ərsəyə gətirməsini düşünməzdim. İncir Reçeli (Əncir Cemi) əslində maraqlı bir şəkildə başlayır. Aktyorların təbiiliyi, dialoqların həyatın tam içindən qopub gəlməsi filmə isinməyimizi asanlaşdırır. Qəfil başlayan film, yəni iki insanın qəfil tanışlığı sonradan yaşanan hadisələr filmə marağı daha da artırır. 41-ci dəqiqədən sonra daha da dramatik notlarla davam edən film insanda çox şeyləri düşünməyə vadar edir desəm yalan olmaz bəlkə də. Filmdə yalnız bir söyüş növündən bir iki dəfə istifadə olunur vəssalam. Sevişmə səhnələri isə… Bu haqda danışmaq istəmirəm. Filmə badıqdan sonra niyə danışmaq istəmədiyimi özünüz anlayacaqsınız. Ümumiyyətlə sözü uzatmaq və filmi təmiz bu yazıda daşımaq istəmirəm. Kinodan bəzi sitatlar gətirəcəm ki, filmə baxmaqda həm daha maraqlı olasınız, həm də nə demək istədiklərimi özünüz anlayasız.

Filmin əsas sitatı

“Saklandıkları yerlerden aşk için çıktılar…”


Bedenin bu kadar ucuz mu bilemedim…

“Asıl ucuz olan ne biliyor musun?..
Beş kuruş vermeden savurduğunuz yargılarınız…”


“Oysa ışık olmuştun sevgili…”


Cam kadar kırılgandı engelimiz,
Acıtırdı, kanatırdı…
Cam kadar şeffaftı sevgimiz,
Bırakmadılar, öpüşmek yasaktı sevgili… (A.A.)

Gecenin üçünde,
Vapurun kıçında,
Baharın başında,
Sokağın ucunda,
Hayatın ortasında,

Ya da,
Günün birinde,
Yüzünü kime dönersen dön,
sırtını bana yasla yar…

İncir Reçeli…

Sana dokunmak,tüm kelimeleri yakmak gibi…

Sana dokunmak tüm insanları affetmek gibi…

Hatunun sabah uyandığında yanında olmayanı makbuldür.

Adım Duygu 25 yaşındayım, hayatınıza İstanbuldan katılıyorum.